Nations Bible

Levítico 24

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Rəbbin hüzurunda yanan çıraq

1Rəbb Musaya dedi: 2«İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima 3Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 4Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin.

Təqdis çörəkləri

5Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir. 6Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy. 7Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. 8Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir. 9Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır».

Allaha küfr edənin sonu

10Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb 11Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. 12O adamı həbs edib Rəbbin qərarını gözlədilər.

13Rəbb Musaya belə dedi: 14«Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. 15İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək; 16Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir.

17Başqa bir adamın canını alan hər kəs öldürülməlidir. 18Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin. 19Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin: 20sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun. 21Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün. 22Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”».

23Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Las Lámparas del Tabernáculo, el Pan y la Igualdad ante la Ley

  • A Aarón se le ordenó cuidar del candelabro de oro puro fuera del velo del Testimonio desde la tarde hasta la mañana, usando aceite puro de olivas prensadas traído por los israelitas. Junto al candelabro había una mesa de oro puro con doce panes dispuestos en dos hileras con incienso puro, renovados cada día de reposo y consumidos exclusivamente por Aarón y sus hijos en un lugar sagrado.Fuentes: el propio texto bíblico · Aaron
  • Una disputa en el campamento involucró a un hombre cuya madre, Selomit hija de Dibri, pertenecía a la tribu de Dan, mientras que su padre era egipcio. Cuando el hombre blasfemó el Nombre durante una pelea, fue puesto bajo custodia hasta que Moisés recibiera instrucciones divinas sobre cómo proceder.Fuentes: el propio texto bíblico · Shelomith · Dibri · Dan
  • La ordenanza dada en este pasaje estableció que la misma norma jurídica se aplicaba tanto al extranjero como al natural del país. También reiteró el principio de justicia proporcional, resumido como fractura por fractura, ojo por ojo y diente por diente.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.