Nations Bible

Josué 9

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Kənan padşahlarının İsraillilərlə vuruşmaq üçün yığılması

1İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman 2Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar.

Giveon əhalisinin İsraillilərlə hiyləgərcəsinə sülh bağlaması

3Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə 4hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər. 5Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi. 6Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin». 7İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?» 8Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?» 9Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri, 10İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik. 11Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”. 12Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib. 13Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib».

14İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar. 15Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər.

16Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. 17İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi. 18İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı. 19Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq. 20Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr». 21Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu.

22Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız? 23İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız». 24Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik. 25Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et». 26Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər. 27O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

El tratado con los gabaonitas

  • Los habitantes de Gabaón eran heveos cuyo territorio comprendía cuatro ciudades: Gabaón, Cafira, Beerot y Quiriat-jearim. Situada a pocos kilómetros al noroeste de Jerusalén, Gabaón era una importante ciudad montañosa que optó por la diplomacia en lugar de unirse a la alianza militar de los reyes cananeos vecinos.Fuentes: el propio texto bíblico · Gibeon · Hivite
  • Para fingir una larga travesía, los gabaonitas llevaron odres agrietados, sandalias gastadas, ropas raídas y pan seco y enmohecido. Los líderes de Israel examinaron las provisiones físicas pero descuidaron consultar al Señor, lo que los llevó a concertar un pacto de paz.Fuentes: el propio texto bíblico
  • En el antiguo Israel, un juramento hecho en el nombre del Señor era inviolable, incluso si se obtenía mediante engaño. Dado que los líderes habían jurado por Dios, los israelitas perdonaron la vida a los gabaonitas y los asignaron como leñadores y aguadores para la comunidad y para el altar.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Great Sea · Hoy: Mediterranean Sea · 31.805, 34.170 · versículo 1
  • Jericho · Hoy: Tell es Sultan · 31.872, 35.445 · versículos 1, 3
  • Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículos 1, 10
  • Lebanon · 33.540, 35.584 · versículo 1
  • Shephelah · 31.692, 34.875 · versículo 1
  • Gibeon · Hoy: El Jib · 31.847, 35.183 · versículos 3, 17
  • Egypt · 30.129, 31.308 · versículo 9
  • Bashan · 32.781, 35.935 · versículo 10
  • Kiriath-jearim · Hoy: Deir el Azar · 31.809, 35.104 · versículo 17

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.