Nations Bible

Josué 4

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

İordan çayının dibindən on iki daşın götürülməsi

1Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi: 2«Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün. 3Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun».

4Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı. 5Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün. 6Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda 7onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq».

8İsraillilər Yeşuanın əmr etdiyi kimi etdilər və Rəbbin Yeşuaya dediyi kimi İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər, özləri ilə gecə qalacaqları yerə aparıb onları orada yerə qoydular. 9Sonra Yeşua İordan çayının ortasında Əhd sandığını daşıyan kahinlərin ayaqlarının möhkəm durduğu yerə on iki daş qoydu. Onlar bu günə qədər oradadır.

10Musanın Yeşuaya dediyi kimi xalqa demək üçün Rəbbin Yeşuaya əmr etdiyi şeylər qurtarana qədər sandığı daşıyan kahinlər İordan çayının ortasında dayandılar, xalq isə tələsərək çayı keçdi. 11Xalq çayı keçib qurtarandan sonra Rəbbin sandığı və kahinlər xalqın önünə keçdilər. 12Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi. 13Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi.

14O gün Rəbb Yeşuanı bütün İsrail xalqının gözündə ucaltdı. Onlar da Musadan çəkindiyi kimi Yeşuadan da onun ömrü boyu çəkindilər.

15Rəbb Yeşuaya söyləyib dedi: 16«Şəhadət sandığını daşıyan kahinlərə əmr et ki, İordan çayından çıxsınlar». 17Yeşua da kahinlərə «İordan çayından çıxın!» deyə əmr etdi. 18Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasından çıxanda kahinlərin ayaqları quru torpağa dəyən kimi İordan çayının suları öz yerinə qayıtdı. Yenə əvvəlki kimi bütün sular daşıb sahilləri basdı.

19Birinci ayın onuncu günündə xalq İordan çayından çıxıb Yerixonun şərq sərhədində olan Qilqalda ordugah qurdu. 20Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu. 21O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda 22övladlarınıza bəyan edin: “İsraillilər İordan çayını quru yer üzərində keçib”. 23Çünki Allahınız Rəbb biz keçənə qədər qarşımızda qurutduğu Qırmızı dəniz kimi İordan çayının sularını da siz keçənə qədər qarşımızda qurutdu ki, 24yer üzünün bütün xalqları Rəbbin əlinin qüdrətli olduğunu bilsin və siz də bütün ömrünüz boyu Rəbdən qorxasınız».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Doce piedras conmemorativas y el cruce del Jordán

  • El capítulo describe dos conjuntos distintos de doce piedras: uno recogido del lecho del río por doce representantes de cada tribu y erigido en el campamento de Gilgal, y otro colocado por Josué directamente en medio del Jordán, donde estaban los sacerdotes. Estos monumentos servían como recordatorios educativos para las generaciones futuras.Fuentes: el propio texto bíblico · Gilgal
  • Cumpliendo las instrucciones de Moisés, unos 40.000 guerreros armados de las tribus de Rubén, Gad y la media tribu de Manasés cruzaron al frente de Israel hacia los llanos de Jericó, a pesar de que sus territorios asignados se encontraban al oriente del Jordán.Fuentes: el propio texto bíblico · Reuben · Gad · Manasseh (son of Joseph)
  • El cruce del Jordán se vincula explícitamente con el cruce del Mar Rojo bajo el liderazgo de Moisés. El pueblo llegó a la ribera occidental el décimo día del primer mes y estableció su campamento en Gilgal, en el límite oriental de Jericó.Fuentes: el propio texto bíblico · Gilgal · Jericho · Red Sea

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículos 1, 3, 5, 7, 8, 9, 10, 12, 16, 17, 18, 19, 20, 22, 23
  • Jericho · Hoy: Tell es Sultan · 31.872, 35.445 · versículos 13, 19

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.