Nations Bible

Josué 18

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Qalan torpaqların bölünməsi

1Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi. 2İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı. 3Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz? 4Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər. 5Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın. 6Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam. 7Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».

8Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam». 9Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar. 10Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.

Binyamin qəbiləsinin torpaqları

11İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi. 12Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı. 13Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi. 14Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi. 15Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı. 16Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı, 17sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi, 18sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi. 19Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi. 20Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.

21Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis, 22Bet-Arava, Semarayim, Bet-El, 23Avvim, Para, Ofra, 24Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər; 25Giveon, Rama, Beerot, 26Mispe, Kefira, Mosa, 27Reqem, İrpeel, Tarala, 28Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

La asamblea en Silo y la heredad de Benjamín

  • La congregación de Israel instaló la Tienda de Reunión en Silo, una ciudad en Efraín situada al norte de Betel. Esto convirtió a Silo en el santuario central y el lugar para la distribución de las tierras restantes entre las tribos.Fuentes: el propio texto bíblico · Shiloh
  • Para dividir el territorio entre las siete tribos restantes, Josué envió a tres hombres de cada tribu a recorrer la tierra y registrar una descripción detallada en siete partes. Luego, Josué echó suertes ante el Señor en Silo para asignar cada heredad.Fuentes: el propio texto bíblico
  • La primera suerte entre las siete tribos correspondió a Benjamín, ubicada entre los territorios de Judá al sur y la casa de José al norte. Esta porción incluía ciudades destacadas como Jericó, Betel y Jebús (Jerusalén).Fuentes: el propio texto bíblico · Benjamin (patriarch)

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Shiloh · Hoy: Khirbet Seilun · 32.056, 35.290 · versículos 1, 8, 9, 10
  • Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículos 7, 12, 19, 20
  • Jericho · Hoy: Tell es Sultan · 31.872, 35.445 · versículos 12, 21
  • Lower Beth-horon · Hoy: Beit Ur al Tahta · 31.895, 35.084 · versículo 13
  • Luz · Hoy: Beitin · 31.923, 35.241 · versículo 13
  • Beth-horon · Hoy: Beit Ur al Tahta · 31.895, 35.084 · versículo 14
  • Kiriath-jearim · Hoy: Deir el Azar · 31.809, 35.104 · versículos 14, 15, 28
  • Valley of Hinnom · Hoy: Hinnom Valley · 31.769, 35.228 · versículo 16
  • Valley of Rephaim · 31.763, 35.219 · versículo 16
  • Adummim · 31.817, 35.362 · versículo 17
  • Arabah · 30.417, 35.151 · versículo 18
  • Salt Sea · Hoy: Dead Sea · 31.500, 35.500 · versículo 19
  • Gibeon · Hoy: El Jib · 31.847, 35.183 · versículo 25
  • Mizpeh · Hoy: Tell en Nasbeh · 31.885, 35.216 · versículo 26
  • Jerusalem · 31.777, 35.234 · versículo 28

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.