Josué 15
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Yəhuda qəbiləsinin torpaqları
1Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi. 2Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı. 3Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü. 4Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq. 5Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı. 6Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı. 7Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı. 8Sonra sərhəd Ben-Hinnom vadisindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom vadisinin qərbindəki dağın təpəsinə qalxırdı. 9Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı. 10Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı. 11Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı. 12Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi.
Kalevlə Otnielin Xevron və Deviri alması
13Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi. 14Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu. 15Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi. 16Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 17Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi. 18Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 19Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
Yəhuda qəbiləsinin şəhərləri
20Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur: 21Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur, 22Qina, Dimona, Adada, 23Qedeş, Xasor, İtnan, 24Zif, Telem, Bealot, 25Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor 26Amam, Şema, Molada, 27Xasar-Qadda, Xeşmon, Bet-Pelet, 28Xasar-Şual, Beer-Şeva, Bizyotya, 29Baala, İyim, Esem, 30Eltolad, Kesil, Xorma, 31Ziqlaq, Madmanna, Sansanna, 32Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna, 34Zanoah, En-Qannim, Tappuah, Enam, 35Yarmut, Adullam, Soko, Azeqa, 36Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi.
37Senan, Xadaşa, Miqdal-Qad, 38Dilan, Mispe, Yoqteel, 39Lakiş, Bosqat, Eqlon, 40Kabbon, Laxmas, Kitliş, 41Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi.
42Livna, Eter, Aşan, 43İftah, Aşna, Nesiv, 44Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
45Qəsəbələri və kəndləri ilə birlikdə Eqron, 46Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər, 47Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri.
48Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko, 49Danna, Qiryat-Sanna, yəni Devir, 50Anav, Eştemo, Anim, 51Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi.
52Arav, Ruma, Eşan, 53Yanim, Bet-Tappuah, Afeqa, 54Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
55Maon, Karmel, Zif, Yutta, 56İzreel, Yoqdeam, Zanoah, 57Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi.
58Xalxul, Bet-Sur, Qedor, 59Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
60Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi.
61Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka, 62Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
63Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır.

¿Sabías que…?
La heredad de Judá y la posesión de Caleb
- Conforme a la orden dada a Josué, Caleb recibió Quiriat-arba (Hebrón), llamada así por Arba, padre de Anac. Desde allí, Caleb expulsó a los tres descendientes de Anac: Sesai, Ahimán y Talmai.Fuentes: el propio texto bíblico · Caleb · Anak
- Al conquistar Quiriat-sefer (Debir), Otoniel recibió por esposa a Acsa, hija de Caleb. Al notar la aridez del territorio que se le había asignado en el Neguev, Acsa le pidió fuentes de agua a su padre y recibió tanto las fuentes de arriba como las de abajo.Fuentes: el propio texto bíblico · Achsah · Caleb
- El territorio asignado a la tribu de Judá se extendía desde el mar Salado hasta la costa del mar Mediterráneo, llegando al sur hasta Edom y el torrente de Egipto. A pesar de incluir numerosas ciudades y aldeas, los descendientes de Judá no pudieron expulsar a los jebuseos que habitaban en Jerusalén.Fuentes: el propio texto bíblico · Jerusalem · Edom · Salt Sea
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Edom · 30.746, 35.604 · versículos 1, 21
- Negeb · 31.245, 34.841 · versículos 1, 19, 21
- Zin · Hoy: Zin Desert · 30.971, 35.325 · versículo 1
- Salt Sea · Hoy: Dead Sea · 31.500, 35.500 · versículos 2, 5
- Great Sea · Hoy: Mediterranean Sea · 31.805, 34.170 · versículos 4, 11, 12, 47
- Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículo 5
- Adummim · 31.817, 35.362 · versículo 7
- Jerusalem · 31.777, 35.234 · versículos 8, 63
- Valley of Hinnom · Hoy: Hinnom Valley · 31.769, 35.228 · versículo 8
- Valley of Rephaim · 31.763, 35.219 · versículo 8
- Baalah · Hoy: Deir el Azar · 31.809, 35.104 · versículos 9, 10
- Kiriath-jearim · Hoy: Deir el Azar · 31.809, 35.104 · versículos 9, 60
- Mount Jearim · Hoy: within 1 km of Kesla · 31.781, 35.051 · versículo 10
- Ekron · Hoy: Tel Miqne · 31.777, 34.852 · versículos 11, 45, 46
- Hebron · Hoy: Tel Rumeida · 31.525, 35.102 · versículos 13, 14, 54
- Gulloth-mayim · Hoy: within 5 km of Khirbet Rabud · 31.432, 35.015 · versículo 19
- Lower Gulloth · Hoy: within 5 km of Khirbet Rabud · 31.432, 35.015 · versículo 19
- Upper Gulloth · Hoy: within 5 km of Khirbet Rabud · 31.432, 35.015 · versículo 19
- Shephelah · 31.692, 34.875 · versículo 33
- Jarmuth · Hoy: Tel Yarmuth · 31.708, 34.975 · versículo 35
- Socoh · Hoy: Tel Socho · 31.682, 34.975 · versículo 35
- Lachish · Hoy: Tell ed Duweir · 31.565, 34.849 · versículo 39
- Mareshah · Hoy: Tel Maresha · 31.593, 34.898 · versículo 44
- Ashdod · Hoy: Tel Ashdod · 31.757, 34.658 · versículos 46, 47
- Gaza · Hoy: Tell Harube · 31.504, 34.464 · versículo 47
- Jattir · Hoy: Khirbet Attir · 31.352, 35.016 · versículo 48
- Maon · Hoy: Tel Main · 31.409, 35.134 · versículo 55
- Engedi · Hoy: Ein Gedi · 31.450, 35.383 · versículo 62
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org