Nations Bible

Juan 7

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

İsa Çardaqlar bayramına gedir

1Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. 2Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. 3Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. 4Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». 5Çünki qardaşları da Ona iman etmirdi. 6Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. 7Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. 8Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». 9İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.

10Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. 11Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. 12Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. 13Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.

14Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. 15Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» 16İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. 17Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. 18Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. 19Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» 20Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» 21İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. 22Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. 23Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? 24Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».

İsa Məsihdirmi?

25Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? 26Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? 27Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». 28İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, 29Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». 30Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. 31Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»

32Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. 33İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. 34Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». 35Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? 36“Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»

37Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. 38Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». 39Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.

40Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. 41Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? 42Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» 43Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. 44Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.

Yəhudi başçılarının imansızlığı

45Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. 46Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». 47Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? 48Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? 49Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» 50Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: 51«Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» 52Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».

İsa və zinakar qadın

53Bundan sonra hər kəs öz evinə getdi.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Jesús en la Fiesta de los Tabernáculos

  • Al acercarse la Fiesta judía de los Tabernáculos, una fiesta de siete días, Jesús se quedó en Galilea y evitó Judea, donde buscaban matarlo. En su tiempo, Judea era la más meridional de las tres divisiones romanas de Palestina, distinta de Galilea y Samaria; después subió a la fiesta en secreto y enseñó en los atrios del templo.Fuentes: el propio texto bíblico · Feast of Tabernacles · Judea
  • La multitud estaba dividida sobre el lugar de donde vendría el Cristo. Algunos decían que la Escritura lo ubica en el linaje de David y en Belén, la aldea donde vivió David, el octavo y más joven hijo de Isaí; otros objetaban que no podía venir de Galilea, una región llamada desde hacía tiempo Galilea de los gentiles, y los fariseos insistían en que ningún profeta sale de allí.Fuentes: el propio texto bíblico · David · Galilee
  • Nicodemo, fariseo y miembro del Sanedrín, había ido antes a Jesús de noche. Cuando los guardias enviados a arrestar a Jesús volvieron sin él, Nicodemo protestó y preguntó si su ley condenaba a un hombre antes de oírlo y de averiguar qué había hecho.Fuentes: el propio texto bíblico · Nicodemus

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Galilee · 32.760, 35.527 · versículos 1, 3, 9, 41, 52
  • Judea · Hoy: Judea 1 · 31.777, 35.234 · versículos 1, 3
  • Jerusalem · 31.777, 35.234 · versículo 25
  • Bethlehem · 31.704, 35.208 · versículo 42

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.