Nations Bible

Juan 1

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Ilustración artística: una interpretación, no un registro histórico.

Acerca de este libro

Acerca de Juan

  • El Diccionario Bíblico de Easton (1897) atribuye el Evangelio de Juan al apóstol Juan y afirma que probablemente se escribió en Éfeso hacia el año 90 d.C. Señala que, tras la destrucción de Jerusalén en el año 70 d.C., Éfeso se convirtió en un centro de la vida y la actividad cristianas en Oriente, y que desde cerca de 1820 se hicieron muchos intentos de negar que Juan fuera el autor.Fuentes: Easton: John, Gospel of
  • El relato se sitúa en tiempos de Poncio Pilato, sexto procurador romano de Judea del año 26 al 36 d.C., con sede en Cesarea y que subía a menudo a Jerusalén. Judea era entonces la más meridional de las tres divisiones de Palestina, distinta de Galilea y Samaria, y formaba parte de la provincia romana de Siria; el Evangelio también sitúa una boda en Caná, una ciudad de Galilea cerca de Capernaúm.Fuentes: Pontius Pilate · Judea · Cana
  • Después del prólogo (1:1-5), Easton dice que la narración histórica comienza en el versículo 6 y se divide en dos partes. La primera (1:6 hasta el capítulo 12) sigue el ministerio público desde que Juan el Bautista presentó a Jesús hasta el cierre de ese ministerio. La segunda (capítulos 13 a 21) lo presenta en la vida privada con sus seguidores inmediatos (13-17) y luego relata sus sufrimientos y las apariciones a los discípulos después de la resurrección (18-21).Fuentes: Easton: John, Gospel of
  • Easton enumera cuatro rasgos distintivos: la relación del Hijo con el Padre, la relación de Cristo con los creyentes, el anuncio del Espíritu Santo como Consolador y el lugar destacado que se da al amor en el carácter cristiano. El diccionario afirma que el Evangelio se dirigía principalmente a los cristianos.Fuentes: Easton: John, Gospel of
  • Easton señala que en otro tiempo se supuso que Juan escribió para suplir omisiones de los tres primeros evangelios, pero dice que no hay evidencia de ello. Citando a Reuss, describe el libro más bien como una presentación histórica de la fe cristiana centrada en la persona de Cristo, que retrata la oposición del mundo a la verdad revelada en él y la bienaventuranza espiritual de los pocos que se entregan a él como Luz de la vida.Fuentes: Easton: John, Gospel of

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Allah Kəlamı

1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

6Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.

14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.

Yəhyanın şəhadəti

19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi

“Rəbbin yolunu düz edin”

deyə səhrada nida edənin səsiyəm».

24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.

29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».

İsanın ilk şagirdləri

35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir.

43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

El Verbo, el testimonio de Juan y los primeros discípulos

  • Cuando los judíos de Jerusalén enviaron sacerdotes y levitas para preguntar quién era, Juan negó ser el Cristo, Elías o el Profeta, y se describió, con palabras de Isaías, como una voz que clama en el desierto. Era de ascendencia sacerdotal: su padre, Zacarías, pertenecía a la clase de Abías, y su madre, Elisabet, era de las hijas de Aarón. Una nota sobre el acontecimiento sitúa este testimonio en el año 27 d.C.Fuentes: el propio texto bíblico · John the Baptist · John's Witness
  • Todo esto sucedió en Betania, al otro lado del Jordán, donde Juan estaba bautizando. Una nota sobre el lugar registra que la Revised Version lee aquí Betania en lugar de Betabara, con la autoridad de los manuscritos más antiguos, y que el nombre parece haber sido el de un lugar al este del Jordán.Fuentes: el propio texto bíblico · Bethany
  • Andrés, entonces discípulo de Juan y natural de Betsaida, oyó a Juan llamar a Jesús el Cordero de Dios, lo siguió y es descrito como el primero de los discípulos de Jesús; después llevó a su hermano Simón. Felipe encontró a Natanael y le habló de Jesús de Nazaret, y Natanael preguntó si de allí podía salir algo bueno, una ciudad que no se menciona en el Antiguo Testamento. Natanael, de Caná de Galilea, es llamado un israelita en quien no hay engaño y, como este Evangelio nunca nombra a Bartolomé, se lo ha identificado con él.Fuentes: el propio texto bíblico · Andrew · Nathanael · Nazareth

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículo 19
  • Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículo 28
  • Galilee · 32.760, 35.527 · versículo 43
  • Nazareth · 32.702, 35.298 · versículos 45, 46

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.