Nations Bible

Jeremías 9

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

1Kaş ki başım bulaq olaydı,

Gözlərim yaş çeşməsinə dönəydi,

Əziz xalqımdan öldürülənlərə

Gecə-gündüz yas tutaydım.

2Kaş ki kimsə mənə səhrada

Səyyahların sığınacağını verəydi!

Mən xalqımı tərk edib

Onlardan uzaqlaşardım.

Çünki onların hamısı

Zinakar və xain yığınıdır.

3«Dillərini yalan üçün

Kaman kimi dartırlar.

Həqiqət naminə güc göstərmirlər.

Çünki pisliyi pislik dalınca edirlər,

Məni tanımırlar» Rəbb belə bəyan edir.

4«Hər kəs dostundan çəkinsin,

Heç qardaşına da etibar etməsin.

Çünki hər qardaş başqasına badalaq gəlir,

Hər dost böhtançıdır.

5Hər kəs öz dostunu aldadır,

Doğru söyləmir.

Onlar dillərini yalan danışmağa öyrətdi,

Yorulana qədər günah işlətdi.

6Ey Yeremya, hiylə içində yaşayırsan,

Hiylədən ötrü Məni tanımaq istəmirlər»

Rəbb belə bəyan edir.

7Buna görə də Ordular Rəbbi belə deyir:

«Mən onları əridəcəyəm,

Sınaqdan keçirəcəyəm.

Axı Mən əziz xalqımla

Başqa cür necə rəftar edə bilərəm?

8Dilləri öldürücü oxdur,

Məkrlə danışırlar.

Ağzı ilə qonşusuna xoş sözlər söyləyir,

Ürəyində isə ona tələ qururlar».

9Rəbb bəyan edir:

«Bunlara görə Mən onlara cəza verməyimmi?

Belə bir millətdən qisas almayımmı?»

10Dağlar üçün ağlayıb nalə çəkəcəyəm,

Çölün otlaqları üçün mərsiyə oxuyacağam.

Çünki hamısı yandı,

Daha kimsə oradan keçmir,

Naxırın böyürtüsü eşidilmir.

Quşlar və heyvanlar da qaçıb getdi.

11«Yerusəlimi daş qalaqlarına,

Çaqqal yuvasına döndərəcəyəm.

Yəhuda şəhərlərini

Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.

12Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? 13Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, 14ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. 15Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. 16Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».

17Ordular Rəbbi belə deyir:

«İndi düşünün,

Mərsiyəçi qadınları çağırın gəlsinlər,

Bu işdə bacarıqlı olanları

Gətirin gəlsinlər.

18Qoy onlar tələsib o qədər

Bizim üçün fəryad etsinlər ki,

Gözlərimizdən yaş axsın,

Kirpiklərimizdən su süzülsün».

19Çünki Siondan fəryad səsi eşidilir:

«Biz necə talan olunduq,

Yaman rüsvay edildik.

Çünki ölkəni tərk edirik,

Məskənlərimiz dağıdılır».

20Ey qadınlar, Rəbbin sözünü eşidin,

Ağzından çıxan sözə qulaq asın.

Qızlarınıza fəryad etməyi öyrədin,

Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.

21Çünki ölüm pəncərələrimizə dırmaşdı,

Saraylarımıza girdi ki,

Küçədə uşaqları,

Meydanlarda cavanları qırıb-çatsın.

22Sən söylə ki, Rəbb belə bəyan edir:

«İnsan cəsədləri tarlada peyin kimi,

Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq.

Onları yığıb aparan olmayacaq».

23Rəbb belə deyir:

«Müdrik müdrikliyi ilə öyünməsin,

İgid öz gücü ilə öyünməsin,

Varlı öz sərvəti ilə öyünməsin.

24Ancaq öyünən onunla öyünsün ki,

Mən Rəbbin dünyada

Məhəbbət, ədalət və salehlik yaratdığını

Dərk edir və Məni tanıyır.

Çünki Mən bunlardan xoşlanıram»

Rəbb belə bəyan edir.

25Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. 26Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Lamento por el Engaño y la Ruina

  • En la cultura del antiguo Cercano Oriente, se convocaba a plañideras profesionales expertas durante grandes calamidades y funerales para dirigir los lamentos públicos y enseñar cantos fúnebres a las siguientes generaciones.Fuentes: el propio texto bíblico
  • El texto advierte contra el orgullo en la sabiduría humana, el poder militar o las riquezas materiales, presentando el verdadero conocimiento de Dios —caracterizado por la misericordia, la justicia y la rectitud— como el único motivo legítimo de alabanza.Fuentes: el propio texto bíblico
  • El capítulo agrupa a Judá con sus vecinos regionales —Egipto, Edom, Amón y Moab—, advirtiendo que las señales religiosas externas, como la circuncisión física, no ofrecen protección si el corazón permanece incircunciso y desobediente.Fuentes: el propio texto bíblico · Edom · Ammon · Moab

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículo 11
  • Zion · Hoy: Jerusalem · 31.777, 35.234 · versículo 19
  • Ammon · 31.955, 35.934 · versículo 26
  • Edom · 30.746, 35.604 · versículo 26
  • Egypt · 30.129, 31.308 · versículo 26
  • Moab · Hoy: Moab 1 · 31.181, 35.701 · versículo 26

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.