Nations Bible

Jeremías 48

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Moav barədə vəhy

1Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:

«Vay Nevonun halına!

Çünki viranəliyə çevriləcək.

Qiryatayim dağılacaq,

Ələ keçiriləcək.

Qalası dağılacaq,

Darmadağın olacaq.

2Artıq Moavın şöhrəti qalmayıb.

Xeşbonda onun məhvi üçün niyyət qururlar:

“Gəlin onu yox edək ki,

Daha bir də belə millət olmasın”.

Ey Madmen, sən də susdurulacaqsan,

Qılınc səni qovacaq.

3Xoronayimdən fəryad səsi gələcək:

“Şəhər dağıldı və böyük qırğın oldu!”

4Moav dağıdıldı,

Övladlarının fəryadı ucaldı.

5Ağlaya-ağlaya

Luxit yoxuşundan çıxırlar,

Çünki Xoronayim enişində

Qırğına görə acı fəryadlar eşidilir.

6Qaçın, canınızı qurtarın!

Çöldəki yulğun ağacı kimi az-az görünün.

7Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün

Sən də ələ keçiriləcəksən.

Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə

Sürgün ediləcək.

8Rəbbin söylədiyi kimi

Məhv edən hər şəhərin üstünə gələcək,

Heç bir şəhər qurtulmayacaq.

Vadi yerlə yeksan olacaq,

Yayla viran ediləcək.

9Moav torpağına duz tökün ki,

Bərəkətsiz olsun.

Şəhərləri elə viran olacaq ki,

Orada kimsə yaşamayacaq.

10Rəbbin işini yarımçıq görənə

Lənət olsun!

Qılıncını qan tökməkdən saxlayana

Lənət olsun!

11Moav cavanlığından bəri qayğısız idi.

Tortası dibdə qalan şəraba oxşayırdı.

Qabdan qaba boşaldılmadı,

Sürgünə getmədi.

Buna görə də dadını dəyişmədi,

Ətrini itirmədi.

12Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. 13İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.

14Nə üçün “biz igidik,

Döyüşə qabil əsgərlərik” deyirsiniz?

15Moav məhv olacaq,

Onun şəhərlərinə hücum edəcəklər.

Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək»

Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.

16«Moavın fəlakəti gəlmək üzrədir,

Onun bəlası sürətlə yaxınlaşır.

17Ey onun ətrafında olanlar,

Onun adını bilənlər,

Onun üçün yas tutub deyin:

“Qüdrətli əsa, əzəmətli dəyənək

Necə də qırıldı!”

18Ey qıza bənzəyən Divonun sakini,

Cah-calalından düş,

Susuz yerdə otur.

Çünki Moavı məhv edən

Sənin də üstünə gələcək,

Qalalarını dağıdacaq.

19Ey Aroer sakini,

Yol kənarında durub gözlə!

Qaçan kişidən, qurtulan qadından

“Nə olub?” deyə soruş.

20Moav alçaldıldı,

Çünki dağıldı.

Fəryad et, bağır!

Moavın məhv olduğunu

Arnon vadisində bildir.

21Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, 22Divon, Nevo, Bet-Divlatayim, 23Qiryatayim, Bet-Qamul, Bet-Meon, 24Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. 25Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.

26«Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. 27Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?

28Ey Moav sakinləri,

Şəhərlərinizi tərk edib

Qayalara sığının.

Yuvasını uçurumun ağzında quran

Göyərçin kimi olun.

29Moavın qüruru, onun hədsiz məğrurluğu,

Təkəbbürü, təşəxxüsü, lovğalığı,

Özünü yüksək tutması barədə biz eşitmişdik.

30Azğınlığını bilirəm»

Rəbb belə bəyan edir.

«Öyünməsi də boş şeydir, etdikləri də.

31Buna görə də Moav üçün nalə çəkəcəyəm,

Bütün Moav üçün fəryad edəcəyəm,

Qir-Xeres xalqı üçün yas tutacağam.

32Ey Sivma tənəyi,

Sənin üçün Yazer xalqından çox ağlayacağam.

Budaqların dənizi aşdı,

Yazer dənizinə uzandı.

Məhv edən sənin yay meyvələrinin,

Yetişmiş üzümünün üstünə atıldı.

33Moavın meyvə bağlarından, tarlalarından

Sevinc və fərəh götürüldü.

Üzümsıxanlardan axan şərabı kəsdim.

Heç kəs sevinc nidası ilə üzüm əzmir.

Gələn səda sevinc nidası deyil.

34Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. 35Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. 36«Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. 37Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. 38Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. 39«Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».

40Rəbb belə deyir:

«Bax düşmən qartal kimi uçub

Moav üzərində qanadlarını gərəcək.

41Qeriyot ələ keçiriləcək,

Qalalar alınacaq.

O gün Moav döyüşçülərinin ürəyi

Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.

42Moav viran olacaq,

Xalqlar arasından silinəcək.

Çünki Rəbb qarşısında qürurlandı.

43Ey Moav sakinləri,

Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq»

Rəbb belə bəyan edir.

44«Dəhşətdən qaçan dərin çuxura düşəcək,

Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.

Çünki Moavın üzərinə

Cəza ilini gətirəcəyəm»

Rəbb belə bəyan edir.

45«Xeşbonun kölgəsində

Qaçqınlar taqətsiz durmuşlar.

Çünki Xeşbondan od,

Sixonun ortasından alov çıxdı.

Moavın alnını,

Hər yana səs salanların başlarını

Yandırıb-yaxdı.

46Vay halına, ey Moav!

Kemoşun xalqı yox oldu.

Oğulların sürgünə göndərildi,

Qızların əsir alındı.

47Ancaq gələcəkdə

Moavdan sürgün olunanları geri qaytaracağam»

Rəbb belə bəyan edir.

Moav barədəki hökm burada sona çatır.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Profecía Contra Moab

  • Quemos era la deidad nacional de los moabitas, a quienes las Escrituras describen como el pueblo de Quemos. Jeremías profetizó que Quemos quedaría totalmente desacreditado y sería llevado al cautiverio junto con sus sacerdotes y magistrados cuando el juicio alcanzara a la nación.Fuentes: Chemosh · el propio texto bíblico
  • La tierra de Moab se extendía al oriente del río Jordán y del mar Muerto, e incluía ciudades fortificadas del altiplano como Hesbón, Dibón, Quiriatayim y Horonaim. El capítulo enumera estos asentamientos para ilustrar que ningún rincón de la región escaparía de la devastación.Fuentes: Moab · Heshbon · Kiriathaim · Horonaim

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Moab · Hoy: Moab 1 · 31.181, 35.701 · versículos 1, 2, 4, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 24, 25, 26, 27, 28, 29, 31, 33, 35, 36, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47
  • Dibon · Hoy: Tall Dhiban · 31.502, 35.777 · versículos 18, 22
  • Arnon · Hoy: Wadi Mujib · 31.466, 35.573 · versículo 20
  • Beth-meon · Hoy: Ma‘in · 31.680, 35.735 · versículo 23
  • Salt Sea · Hoy: Dead Sea · 31.500, 35.500 · versículo 32

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.