Jeremías 46
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Misirin məğlub olması
1Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür. 2Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.
3«Qalxan və sipər hazırlayıb
Döyüşə girin!
4Atlarınızı yəhərləyin,
Ayğırlarınıza minin, ey atlılar!
Dəbilqə geyinib sıraya düzülün,
Nizələrinizi itiləyib zireh geyinin!
5Nə üçün mən bunu gördüm?
Onlar dəhşətə düşüb geri döndü,
Döyüşçüləri məğlub oldu,
Tez qaçıb heç geriyə də baxmadı.
Hər tərəfdə dəhşət var!»
Rəbb belə bəyan edir.
6«Bərk qaçan qaça bilməyəcək,
Güclü qurtula bilməyəcək.
Şimalda Fərat çayı sahilində
Büdrəyib yıxılacaqlar.
7Nil kimi qalxan,
Suları sel kimi çalxalanan kimdir?
8Nil kimi qalxan,
Suları sel kimi çalxalanan Misirdir.
O deyir: “Qalxıb yer üzünü basacağam.
Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.
9Ey atlar, şahə qalxın!
Ey döyüş arabaları, dəli kimi cumun!
Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri,
Kaman götürən və onu çəkən Ludlular, irəli gedin!
10O gün Ordular Rəbbi Xudavəndin günüdür,
Düşmənlərindən qisas alması üçün
Qisas günüdür.
Onları qılınc yeyib-doyacaq,
Qanlarını içib susuzluğunu yatıracaq.
Çünki şimal ölkəsində, Fərat çayı sahilində
Ordular Rəbbi Xudavənd qurban kəsir.
11Ey bakirə qıza bənzəyən Misir,
Gileada çıx, məlhəm al.
Çoxlu dərman içməyin əbəsdir,
Sənin dərdinə əlac yoxdur.
12Millətlər sənin rüsvayçılığını eşitdi,
Fəryadın yer üzünü bürüdü.
Çünki döyüşçü döyüşçünü büdrətdi,
İkisi də birdən yıxıldı».
13Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi:
14«Misirdə bildirin,
Miqdolda eşitdirin,
Nofda və Taxpanxesdə elan edib deyin:
“Qalx və hazırlaş,
Çünki ətrafında olanları
Qılınc yeyib-qurtardı”.
15Cəngavərlərin nə üçün yerə yıxıldı,
Dayana bilmədi?
Çünki Rəbb onu yerə vurdu.
16Dəfələrlə büdrədilər,
Bir-birlərinin üstünə yıxılıb dedilər:
“Qalxın zalımların qılıncından qaçıb
Öz xalqımızın yanına,
Doğma vətənimizə qayıdaq”.
17Orada onlar bağırdılar:
“Misir padşahı firon boşboğazdır,
O, fürsəti əldən verdi”.
18Adı Ordular Rəbbi olan Padşah bəyan edir:
“Varlığıma and olsun ki,
Tavor və dəniz sahilindəki Karmel dağları
Dağlar arasında necə nəzərə çarparsa,
Gələn şəxs də elə olacaq.
19Ey Misirdə yaşayan,
Sürgünə getmək üçün əşyalarını hazırla.
Çünki Nof viran olub yanacaq,
İçində bir sakin qalmayacaq.
20Misir çox gözəl bir düyədir,
Ancaq şimaldan üstünə mozalan gəlir.
21Onun muzdlu əsgərləri də
Bəslənmiş dana kimidir.
Onlar üz çevirib birlikdə qaçdı,
Yerlərində durmadı.
Çünki fəlakətlərinin günü,
Cəzalarının vaxtı gəlmişdi.
22Sürünən ilan kimi fışıltıları gəlir,
Çünki ordu ilə irəliləyirlər,
Ağac kəsənlər kimi ona qarşı
Balta ilə gəlirlər.
23Keçilməz olsa da,
Yenə meşəni kəsəcəklər”
Rəbb belə bəyan edir.
“Çünki onlar çəyirtkələrdən çoxdur,
Hesaba gəlməzlər.
24Misir utandırılacaq,
Şimal xalqına təslim ediləcək”.
25İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. 26Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.
Rəbbin Öz xalqına vədi
27“Qorxma, ey qulum Yaqub,
Dəhşətə düşmə, ey İsrail.
Çünki səni uzaq yerlərdən,
Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.
Yaqub geri qayıdacaq,
Rahatlıq tapıb qayğısız olacaq,
Onu qorxudan olmayacaq.
28Qorxma, ey qulum Yaqub,
Çünki Mən səninləyəm”
Rəbb belə bəyan edir.
“Səni aralarına sürgün etdiyim
Millətlərin hamısını yox etsəm də,
Səni tamamilə məhv etməyəcəyəm,
Ədalətlə tərbiyələndirəcəyəm.
Amma cəzasız qoymayacağam”».

¿Sabías que…?
El juicio sobre Egipto y la Batalla de Carquemis
- Jeremías fecha esta profecía en el cuarto año del rey Joacim de Judá, cuando Nabucodonosor de Babilonia derrotó al faraón Necao de Egipto en Carquemis, junto al río Éufrates. Este enfrentamiento decisivo marcó un cambio trascendental de poder en la región, poniendo fin al dominio egipcio sobre las tierras vecinas.Fuentes: el propio texto bíblico · Carchemish · Jehoiakim
- El capítulo utiliza la crecida anual del río Nilo como imagen del orgulloso avance militar de Egipto sobre la tierra. También advierte a destacadas ciudades egipcias como Menfis (llamada Nof en hebreo), la antigua capital del Bajo Egipto, sobre la devastación y el exilio venideros.Fuentes: el propio texto bíblico · Nile · Memphis
- La profecía predice una invasión babilónica directa contra Egipto bajo el mando de Nabucodonosor. El juicio anunciado se dirigía no solo contra el faraón y sus tropas, sino también contra Amón, la deidad principal de Tebas, y los demás dioses de Egipto.Fuentes: el propio texto bíblico · Nebuchadnezzar
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Babylon · 32.543, 44.422 · versículos 2, 13, 18, 26
- Egypt · 30.129, 31.308 · versículos 2, 8, 9, 11, 13, 14, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
- Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículos 2, 6, 10
- Nile · Hoy: Nile River · 31.465, 30.367 · versículos 7, 8
- Cush · Hoy: Cush 1 · 16.935, 33.751 · versículo 9
- Gilead · Hoy: Gilead 1 · 32.187, 35.692 · versículo 11
- Memphis · 29.849, 31.253 · versículos 14, 19
- Tahpanhes · Hoy: Tell Defenneh · 30.861, 32.171 · versículo 14
- Mount Carmel · 32.672, 35.023 · versículo 18
- Mount Tabor · Hoy: Jebel et Tur · 32.686, 35.393 · versículo 18
- Thebes · 25.721, 32.610 · versículo 25
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org