Nations Bible

Jeremías 25

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Yetmiş illik sürgün

1Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu. 2Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi: 3«İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız. 4Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız. 5Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız. 6Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”. 7Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”.

8Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız, 9Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. 10Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. 11Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”.

12Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm. 13O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm. 14Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».

Rəbbin qəzəb kasası

15Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. 16Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq».

17Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. 18Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, 19Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı, 20Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar, 21Edom, Moav, Ammon övladları, 22bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları, 23Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı, 24bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları, 25bütün Zimri, Elam və Midiya padşahları, 26sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək.

27«Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”. 28Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz! 29Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir.

30Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə:

“Rəbb uca yerdən nərə çəkəcək,

Müqəddəs məskənindən gurlayacaq.

Öz otlağına qarşı şiddətlə nərə çəkəcək,

Dünyada yaşayanların hamısına qarşı hayqıracaq,

Üzüm əzənlər kimi bağıracaq.

31Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq,

Çünki Rəbbin millətlərlə davası var.

Bütün bəşəri mühakimə edəcək,

Pisləri qılınca təslim edəcək”

Rəbb belə bəyan edir.

32Ordular Rəbbi belə deyir:

“Bax millətdən millətə bəla yayılır,

Dünyanın uzaq yerlərindən

Böyük qasırğa qopur”.

33O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar.

34Ey çobanlar, ağlayıb fəryad edin,

Ey sürü başçıları, torpaqda eşələnin.

Çünki qətl olunma,

Pərən-pərən salınma vaxtınız çatdı.

Siz qiymətli bir qab kimi yıxılacaqsınız.

35Çobanlar qaça bilməyəcək,

Sürü başçıları qurtula bilməyəcək.

36Çobanların fəryadını,

Sürü başçılarının bağırtısını eşit,

Çünki Rəbb onların otlaqlarını viran edir.

37Rəbbin qızğın qəzəbindən

Dinc pəyələr də məhv oldu.

38Rəbb cavan aslan kimi

Yuvasını tərk etdi.

Rəbbin qəzəbi üzündən –

Zor işlədənin qızğın qəzəbi üzündən

Ölkələri viran oldu».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Setenta años de exilio y la copa de la ira

  • La profecía está fechada con precisión en el cuarto año del rey Joacim de Judá, coincidiendo con el primer año de Nabucodonosor, rey de Babilonia. Jeremías señala que había estado proclamando las advertencias de Dios continuamente durante veintitrés años, comenzando en el decimotercer año del rey Josías.Fuentes: el propio texto bíblico · Jeremiah · Jehoiakim · Nebuchadnezzar
  • Este capítulo introduce la profecía de que Judá y las naciones vecinas servirían al rey de Babilonia durante setenta años. El texto también anuncia que, al cumplirse esos setenta años, la propia Babilonia y la tierra de los caldeos serían castigadas y quedarían desoladas.Fuentes: el propio texto bíblico · Babylon
  • La visión del juicio se extiende mucho más allá de Judá mediante el símbolo de una copa de ira entregada a numerosos pueblos vecinos. Entre ellos figuraban Egipto, ciudades filisteas como Ascalón, Gaza y Asdod, así como vecinos regionales como Edom y Moab.Fuentes: el propio texto bíblico · Ashdod · Ashkelon · Gaza

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Babylon · 32.543, 44.422 · versículos 1, 9, 11, 12, 14
  • Jerusalem · 31.777, 35.234 · versículos 2, 18, 29
  • Chaldea · 30.962, 46.104 · versículo 12
  • Egypt · 30.129, 31.308 · versículos 19, 20
  • Ashdod · Hoy: Tel Ashdod · 31.757, 34.658 · versículo 20
  • Ashkelon · Hoy: Tel Ashkelon · 31.664, 34.546 · versículo 20
  • Ekron · Hoy: Tel Miqne · 31.777, 34.852 · versículo 20
  • Gaza · Hoy: Tell Harube · 31.504, 34.464 · versículo 20
  • Ammon · 31.955, 35.934 · versículo 21
  • Edom · 30.746, 35.604 · versículo 21
  • Moab · Hoy: Moab 1 · 31.181, 35.701 · versículo 21
  • Sidon · Hoy: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 22
  • Tyre · 33.271, 35.196 · versículo 22
  • Tema · Hoy: Tayma · 27.630, 38.552 · versículo 23
  • Arabia · Hoy: Arabian Peninsula · 23.000, 46.000 · versículo 24
  • Elam · 32.189, 48.258 · versículo 25
  • Media · 34.806, 48.516 · versículo 25
  • Sheshach · Hoy: Babylon · 32.543, 44.422 · versículo 26

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.