Jueces 16
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Şimşon və Delila
1Şimşon Qəzzəyə getdi və orada bir fahişə görüb evinə girdi. 2Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər. 3Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.
4Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu. 5Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».
6Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?» 7Şimşon ona dedi: «Əgər məni yeddi kaman yayı düzəldilən qurumamış, təzə iplə bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 8Filiştlilərin ağaları qadının yanına yeddi qurumamış, təzə ip gətirdilər və Delila bunlarla Şimşonu bağladı. 9İç otaqda qadının pusquda duran adamları var idi. Qadın Şimşona dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon isə qollarındakı ipləri oda toxunub qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi.
10Delila Şimşona dedi: «Bax məni lağa qoyub yalan demişdin. Rica edirəm, indi mənə bildir, səni hansı iplə bağlamaq olar?» 11Şimşon dedi: «Əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 12Delila yeni iplər götürüb onlarla Şimşonu bağlayıb dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Pusquda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı.
13Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan». 14Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı.
15Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən». 16Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı. 17Ona görə də ürəyinin sirrini qadına açdı: «Mənim başıma ülgüc dəyməmişdi, çünki mən ana bətnindən Allahın Nəzirisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram».
Şimşonun ölümü
18Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filiştlilərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: «Bu dəfə də buraya gəlin, çünki o, ürəyindəki sirri mənə açdı». Filiştlilərin ağaları əllərində gümüş gətirərək Delilanın yanına gəldilər. 19Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu. 20Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb. 21Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi. 22Lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı.
23Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi». 24Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi:
«Ölkəmizə ziyan vuran,
Bizdən bir çoxunu öldürən
Düşmənimizi allahımız bizə təslim etdi».
25Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar. 26Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim». 27Məbəd kişi və qadınlarla dolu idi. Filiştlilərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən üç minə qədər kişi və qadın isə damın üstündə idi.
28Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım». 29Şimşon əllərini məbədin damını saxlayan iki orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı. 30Şimşon «qoy mən də Filiştlilərlə bir ölüm» dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü. 31Onun qardaşları, atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Onu Sora ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etmişdi.

¿Sabías que…?
La caída y muerte de Sansón
- Dalila vivía en el valle de Sorec, donde los gobernantes filisteos le ofrecieron plata para descubrir el secreto de la fuerza de Sansón. Consagrado como nazareo desde su nacimiento, Sansón finalmente reveló que cortar sus siete trenzas rompería su consagración y lo dejaría sin fuerzas.Fuentes: Delilah · Samson · el propio texto bíblico
- Los filisteos se reunieron en Gaza para celebrar la captura de Sansón y ofrecer sacrificios a Dagón, su dios nacional. El Diccionario Bíblico de Easton describe a Dagón como una deidad con cuerpo de pez y cabeza y manos humanas, con templos destacados en Gaza y Asdod.Fuentes: Dagon · Gaza · el propio texto bíblico
- Tras liderar a Israel durante veinte años, Sansón fue recuperado por sus familiares y sepultado en la tumba de su padre Manoa. Este lugar de sepultura se encontraba entre Zora y Estaol, en las tierras bajas de Judea.Fuentes: Zorah · Eshtaol · el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Gaza · Hoy: Tell Harube · 31.504, 34.464 · versículos 1, 2, 21
- Hebron · Hoy: Tel Rumeida · 31.525, 35.102 · versículo 3
- Valley of Sorek · Hoy: Nahal Sorek · 31.756, 35.050 · versículo 4
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org