Nations Bible

Santiago 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Dil haqqında

1Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. 2Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır. 3Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk. 4Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür. 5Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür.

Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! 6Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. 7Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. 8Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. 9Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. 10Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. 11Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? 12Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz.

Həqiqi müdriklik

13Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. 14Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 15Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 16Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 17Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. 18Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

La lengua y la sabiduría de lo alto

  • El capítulo comienza exhortando a que no sean muchos los que se hagan maestros, porque quienes enseñan serán juzgados con mayor rigor. Añade que todos tropezamos de muchas maneras y que quien nunca falla en lo que dice sería una persona perfecta, capaz de controlar todo el cuerpo.Fuentes: el propio texto bíblico
  • El capítulo compara la lengua con cosas pequeñas de gran efecto: los frenos en la boca de los caballos guían a todo el animal, y un timón muy pequeño conduce un barco grande impulsado por vientos fuertes. Una pequeña chispa, añade, incendia un gran bosque. La lengua es llamada una parte pequeña del cuerpo que se jacta de grandes cosas, un fuego que nadie puede domar, aunque las personas doman animales, aves, reptiles y criaturas del mar.Fuentes: el propio texto bíblico
  • La misma boca, dice el capítulo, tanto bendice al Señor y Padre como maldice a personas hechas a semejanza de Dios, y dice que esto no debe ser. Pregunta si de un mismo manantial pueden brotar agua dulce y agua salada, si una higuera puede dar aceitunas o si una vid puede producir higos. La sabiduría de lo alto se describe como pura, pacífica, amable y llena de misericordia, mientras que los celos y la ambición egoísta se vinculan con el desorden y con una sabiduría llamada terrenal, no espiritual y demoníaca.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.