Nations Bible

Isaías 57

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Vəfasız xalq

1«Saleh adam ölür və bunu vecinə alan yoxdur.

Mömin adamlar da köçüb gedir,

Amma heç kim anlamır ki,

Bəla gəlməmiş saleh adam canını qurtarır.

2Saleh adam sülhə qovuşur,

Doğru yolla gedən son yatağında rahat yatır.

3Amma siz, ey cadugər qadının övladları,

Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!

4Siz kimi məsxərəyə qoyursunuz?

Kimə ağız əyirsiniz?

Kimə dil göstərirsiniz?

Məgər siz itaətsiz övladlar,

Yalançı nəsil deyilsiniz?

5Palıd ağacları arasında,

Hər kölgəli ağacın altında

Şəhvətlə alışıb-yanan,

Vadilərdə, qaya oyuqlarında,

Övladlarınızı qurban gətirən

Siz deyilmisiniz?

6Sizin payınız

Vadinin hamar daşlarından düzələn bütlərdir.

Onlardır, bəli, onlardır sizə nəsib olan.

Onların qarşısında içmə təqdimi tökdünüz,

Taxıl təqdimi gətirdiniz.

Bunlara görə Mən təsəlli taparammı?

7Yatağınızı yüksək, uca dağda salmısınız,

Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.

8Qapılarınıza, qapıların yan taxtalarının arxasına

İyrənc işarələr düzmüsünüz.

Məni tərk edib yatağınızı geniş açdınız,

Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz,

Birlikdə yatmağa can atdınız,

Onların çılpaqlığına tamaşa etdiniz!

9Ətirləri bol-bol vurandan sonra

Molek allahına sarı getdiniz.

Elçilərinizi uzaqlara göndərdiniz,

Özünüzü ölülər diyarına qədər endirdiniz.

10Uzun yollar sizi taqətdən saldı.

Lakin siz “daha bəsdir” demədiniz.

Gücünüzü təzələyib qalxdınız,

Buna görə yorulmadınız.

11Kim sizi qorxudub dəhşətə saldı ki,

Məni aldatdınız?

Məni yada salmadınız,

Ürəyinizdə Mənə yer vermədiniz?

Mən xeyli vaxt susduğuma görə,

Siz Məndən qorxmursunuz?

12Mən sizin salehliyinizi,

Etdiyiniz əməlləri aşkara çıxaracağam,

Bunların sizə xeyri olmayacaq.

13Siz fəryad edəndə

Bu yığdığınız bütlər

Görək sizi nə cür qurtaracaq!

Onların hamısını külək sovurub atacaq,

Bir nəfəs onları yerindən tərpədib aparacaq.

Lakin Mənə sığınan torpağı irs olaraq alacaq,

Müqəddəs dağımı mülk edəcək».

Rəbb xalqına şəfa verəcək

14Rəbb deyir:

«Tikin, tikin, yol hazırlayın!

Xalqımın yolundakı əngəlləri götürün!»

15Uca və əzəmətli,

Əbədi yaşayan, adı müqəddəs Olan

Belə deyir:

«Mən yüksək və müqəddəs yerdə yaşadığım halda

Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,

Özünü aşağı tutanların ruhunu dirildim,

Əzilmişlərin ürəyini dirçəldim.

16Həmişə çəkişib qəzəblənməyəcəyəm,

Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.

17Tamahkarlıq günahına görə

Qəzəblənib xalqı cəzalandırdım,

Hiddətlənib üzümü ondan döndərdim.

O da inad edib öz yolu ilə getdi.

18Əməllərini gördüm,

Amma bu xalqa şəfa verəcəyəm.

Ona rəhbərlik edəcəyəm,

Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.

19Ağızları ilə həmdlər söyləyəcəyəm.

Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun».

Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».

20Pislər isə sanki dalğalanan dənizdir,

Bu dəniz sakit dura bilməz,

Onun suları palçıq və kir çıxarar.

21«Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

La idolatría denunciada y consuelo para los contritos

  • El capítulo reprende con severidad prácticas idólatras concretas, como los ritos bajo encinas frondosas, libaciones a piedras lisas de los arroyos y sacrificios de niños en las hendiduras de las peñas.Fuentes: el propio texto bíblico
  • En contraste con las deidades lejanas, el texto presenta al Dios eterno y santo habitando no solo en un lugar alto y sagrado, sino también con los oprimidos, humildes y contritos de espíritu para restaurarlos.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.