Isaías 54
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Rəbbin İsrailə məhəbbəti
1«Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ərli qadının övladlarından çox olacaq»,
Bunu Rəbb deyir.
2«Çadırının yerini genişləndir,
Məskənlərinin örtüklərini uzat,
Çəkinmə, ipləri uzat, payaları vur.
3Çünki sağa və sola səpələnəcəksən,
Nəslin millətlərə yiyələnəcək,
Viran qalmış şəhərlərdə məskunlaşacaq.
4Qorxma, çünki utanmayacaqsan,
Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan.
Cavanlığın xəcalətini unudacaqsan,
Bir daha dulluğun rüsvayçılığını
Yadına salmazsan».
5Çünki sənin ərin səni Yaradandır,
Onun adı Ordular Rəbbidir.
Səni Satınalan İsrailin Müqəddəsidir,
O bütün dünyanın Allahı adlanır.
6Allahın deyir:
«Rəbb səni çağırır
Atılmış və ruhu əzilmiş,
Gənc yaşında ərə getmiş,
Sonra isə rədd olunmuş bir qadın kimi.
7Bir anlığa səni tərk etdim,
Amma böyük rəhmlə geri qəbul edəcəyəm.
8Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim,
Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm».
Bunu səni Satınalan, Rəbb deyir.
9«Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır,
Nuhun dövründəki daşqının suları
Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə,
İndi də and içirəm ki,
Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
10Dağlar yerini dəyişsə də,
Təpələr sarsılsa da,
Sənə olan məhəbbətim dəyişməz,
Sülh əhdim sarsılmaz».
Bunu sənə rəhm edən Rəbb deyir.
Yeni Yerusəlimin xoşbəxtliyi
11«Ey tufana düşmüş,
Təsəlli tapmamış yazıq şəhər!
Sənin daşlarını əqiqlərlə,
Təməlini göy yaqutlarla qoyacağam.
12Qüllələrini yaqutdan,
Darvazalarını ləl-cəvahirdən,
Divarlarını qiymətli daşlardan hörəcəyəm.
13Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm,
Onlar tam sülh içində olacaq.
14Salehliyində möhkəmlənəcəksən,
Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan.
Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.
15Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil,
Sənə hücum edən hər kəs
Qarşında yerə yıxılacaq.
16Budur, odda kömürü körükləyən,
Öz məqsədi üçün silah hazırlayan
Dəmirçini Mən yaratdım.
Məhv etmək üçün qırıcını da Mən yaratdım.
17Sənə qarşı işlənən
Heç bir silah işə yaramayacaq.
Məhkəmədə səni təqsirləndirən
Hər kəsi təqsirkar çıxaracaqsan.
Rəbbə qulluq edənlərin irsi belədir.
Onların salehliyi Məndən gəlir».
Bunu Rəbb bəyan edir.

¿Sabías que…?
El Pacto de Paz y Restauración
- Isaías utiliza la imagen de ensanchar una tienda de campaña —alargando las cuerdas y clavando bien las estacas— para retratar a una mujer estéril y desolada abriendo espacio para una multitud inesperada de descendientes.Fuentes: el propio texto bíblico
- El texto vincula la bondad duradera de Dios con los días de Noé, recordando el juramento de que las aguas del diluvio nunca más cubrirían la tierra para asegurar que este pacto de paz jamás se quebrantará.Fuentes: el propio texto bíblico · Noah
- El capítulo describe una ciudad afligida y azotada por tempestades siendo reconstruida con extraordinaria belleza, con piedras asentadas en antimonio, cimientos de zafiros y almenas de rubíes.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org