Hebreos 10
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
1Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. 2Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. 3Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. 4Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
5Buna görə Məsih dünyaya gələndə deyir:
«Qurban və təqdim istəmədin,
Amma Mənə bir bədən hazırladın.
6Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.
7O zaman dedim: “Budur, gəlmişəm,
Kitab tumarında Mənim haqqımda yazılıb.
Ay Allah, Sənin iradəni yerinə yetirim”».
8Məsih əvvəl dedi:
«Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin,
Bunlardan xoşun gəlmədi».
Bunlar hamısı Qanuna görə təqdim olunur. 9Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. 10Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
11Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. 12Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. 13O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. 14Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
15Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:
16«“O günlərdən sonra
Onlarla bağlayacağım Əhd belədir”
Rəbb bəyan edir,
“Qanunlarımı onların ürəyinə qoyub
Zehinlərinə yazacağam”».
17Sonra deyir:
«Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».
18Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur.
Nəsihət və xəbərdarlıq
19Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. 20O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. 21Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. 22Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. 23Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. 24Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. 25Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
26Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. 27Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. 28Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. 29Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? 30Çünki
«Qisas Mənimdir, əvəzini Mən verəcəyəm»
və yenə də
«Rəbb Öz xalqını mühakimə edəcək»
deyəni tanıyırıq. 31Var olan Allahın əlinə düşmək dəhşətdir!
32Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. 33Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. 34Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. 35Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. 36Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. 37Çünki
«Bir az müddətdən sonra
Gələn gələcək, gecikməyəcək.
38Amma saleh adamım imanla yaşayacaq.
Əgər geri çəkilsə, ondan razı qalmayacağam».
39Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.

¿Sabías que…?
Un sacrificio ofrecido una vez para siempre
- La ley es llamada solo una sombra de las cosas buenas que han de venir. Los sacrificios repetidos año tras año, y la sangre de toros y cabras, se presentan como un recordatorio de los pecados para los adoradores, y no como algo que los quite; en contraste, el sacrificio del cuerpo de Jesucristo se describe como lo que santifica a las personas una vez para siempre.Fuentes: el propio texto bíblico
- A cada sacerdote se lo retrata de pie, día tras día, para ofrecer los mismos sacrificios, que jamás pueden quitar los pecados. Tras un solo sacrificio por los pecados, se dice que este Sacerdote se sentó a la derecha de Dios, y el capítulo habla de un camino nuevo y vivo hacia el Lugar Santísimo, a través del velo de su cuerpo.Fuentes: el propio texto bíblico
- Rechazar la ley de Moisés, dice el capítulo, acarreaba muerte sin misericordia por el testimonio de dos o tres testigos. Luego el texto recuerda un tiempo anterior en que los lectores soportaron el ridículo y la persecución públicos, permanecieron junto a quienes eran así tratados, se compadecieron de los que estaban en la cárcel y aceptaron con alegría la confiscación de sus bienes.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org