Nations Bible

Esdras 5

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Tikintinin davam etdirilməsi

1Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi. 2O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi.

3O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?» 4Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik. 5Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar.

6Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı. 7Ona yolladıqları məktubda belə yazılmışdı:

«Padşah Daraya böyük ehtiramla salamlar!

8Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir. 9O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?” 10Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək.

11Onlar bizə belə cavab verdilər:

“Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı. 12Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı. 13Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi. 14Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi: 15‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›. 16O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”.

17İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

La reanudación del Templo y la investigación persa

  • La construcción del templo se había detenido durante años, pero las obras se reanudaron bajo el liderazgo de Zorobabel y Jesúa tras la intervención de los profetas Hageo y Zacarías en Jerusalén. Zacarías, presentado en Esdras como hijo de Iddo, ejerció su ministerio junto a Hageo durante el reinado de Darío.Fuentes: el propio texto bíblico · Haggai · Zechariah · Zerubbabel
  • Tatnai se desempeñaba como gobernador persa de la provincia al oeste del río Éufrates. Al observar junto con oficiales como Setar-boznai el diligente avance de la obra con grandes piedras y maderas, cuestionó a los ancianos sobre su autorización y envió un informe formal al rey Darío.Fuentes: el propio texto bíblico · Tatnai · Shethar-boznai
  • En su respuesta a Tatnai, los líderes judíos apelaron al decreto de Ciro, quien había conquistado Babilonia, permitido el retorno de los cautivos y restituido los vasos de oro y plata saqueados con anterioridad por Nabucodonosor. Tatnai pidió al rey que se investigara en los archivos reales de Babilonia para comprobar dicho decreto.Fuentes: el propio texto bíblico · Cyrus · Nebuchadnezzar

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículos 1, 2, 3, 14, 15, 16, 17
  • Beyond the River · 31.777, 35.234 · versículos 3, 6
  • Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículo 6
  • Judea · Hoy: Judea 2 · 31.777, 35.234 · versículo 8
  • Babylon · 32.543, 44.422 · versículos 12, 13, 14, 17
  • Babylonia · 32.543, 44.422 · versículo 12

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.