Ezequiel 24
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Paslanmış qazanla müqayisə
1Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. 3Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir:
“Qazanı oda qoy, oda qoy,
İçinə su doldur.
4Ətin parçalarını, ən yaxşı parçalarını,
Budu və döşü oraya yığ.
Onu seçilmiş sümüklərlə doldur.
5Sürüdən ən yaxşı heyvanları götür,
Qazanın altına isə odun yığ.
Qoy içindəki su qaynasın ki,
Qazandakı sümükləri də bişsin”.
6Buna görə də Xudavənd Rəbb belə deyir:
“Qan tökən şəhərin vay halına!
Ora pas tutmuşdur,
Öz pasından təmizlənməmiş qazana bənzəyir.
Püşk atmadan əti parça-parça qazandan çıxarın.
7Çünki onun tökdüyü qan hələ içindədir.
Qanı tozla örtmək üçün hətta yerə də tökmədi,
Düz çılpaq qayanın üstünə axıtdı.
8Mən də qəzəbi alovlandıraraq
Qisas alınsın deyə
Onun qanını çılpaq bir qayanın
Üstünə tökdüm ki, örtülməsin”.
9Buna görə də Xudavənd Rəbb belə deyir:
“Qan tökən şəhərin vay halına!
Mən də odun qalağını böyüdəcəyəm.
10Odunları yığ, odu alovlandır,
Əti yaxşı bişir,
Ədviyyatını qat,
Sümüklər də yansın.
11Onun közləri üstünə
Qazanı boş qoy ki, qızsın,
Misi yansın,
İçindəki murdarlığı getsin,
Pası ərisin.
12Bütün zəhmət hədər getdi,
Qalın pası ərimək bilmir,
Pası odla da çıxmır.
13Etdiyin pozğunluq səni murdarladı,
Səni təmizləmək istədim,
Amma sən təmizlənmək istəmədin.
Sənə qarşı qəzəbim yatana qədər
Öz murdarlığından təmizlənməyəcəksən.
14Mən Rəbb bunu söylədim,
Vaxt çatdı ki, yerinə yetirim.
Çəkinməyəcəyəm, acımayacağam,
Peşman olmayacağam.
Adətlərinə və əməllərinə görə cəzalanacaqsan”
Xudavənd Rəbb belə deyir».
Yezekelin arvadının ölümü
15Mənə Rəbbin bu sözü nazil oldu: 16«Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə. 17İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə».
18Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. 19Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» 20Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: 21İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. 22Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz. 23Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. 24Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.
25Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt – 26o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək. 27O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».

¿Sabías que…?
El Asedio de Jerusalén y el Duelo de Ezequiel
- Ezequiel recibió la indicación de anotar la fecha exacta —el décimo día del décimo mes en el noveno año—, ya que en ese mismo día el rey de Babilonia inició el asedio contra Jerusalén.Fuentes: el propio texto bíblico · Ezekiel
- Cuando la esposa de Ezequiel murió repentinamente en el noveno año de su exilio, se le prohibió seguir los ritos habituales de duelo, tales como llorar abiertamente, quitarse el turbante, andar descalzo, cubrirse los labios o comer el pan del luto.Fuentes: el propio texto bíblico · Ezekiel · Wife of Ezekiel
- La contenida reacción del profeta ante su pérdida personal sirvió como señal para los exiliados, prefigurando el asombro y la desolación que experimentarían al enterarse de la caída de Jerusalén y de su santuario.Fuentes: el propio texto bíblico · Jerusalem
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org