Nations Bible

Eclesiastés 9

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Hər kəsin taleyi eynidir

1Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir. 2Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur. 3Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər. 4İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.

5Çünki dirilər öləcəklərini bilir,

Ancaq ölülər heç nə bilmir.

Onlara daha heç vaxt əvəz verilməyəcək,

Çünki onların xatirəsi də unudulub.

6Ölülərin sevgisi, nifrəti,

Paxıllığı artıq məhv olub.

Səma altında görülən işlərdə

Daha payları olmayacaq.

7Get çörəyini şadlıqla ye,

Şərabını şən ürəklə iç.

Çünki artıq Allah

Etdiyin işlərdən razıdır.

8Qoy paltarın həmişə ağ olsun,

Başından ətirli yağ əskik olmasın.

9Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur. 10Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.

11Səma altında daha bir şey də gördüm:

Yarışı həmişə bərk qaçanlar udmur,

Müharibədə həmişə igidlər qalib gəlmir.

Çörək həmişə müdriklərə,

Var-dövlət həmişə ağıllılara nəsib olmur,

Hörmət alimlərə göstərilmir.

Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.

12Həmçinin insan öz vaxtını bilmir.

Balıqlar amansız bir tora,

Quşlar tələyə düşdüyü kimi

İnsanlar da pis bir zəmanəyə düçar olur,

Onda pis zəmanə qəfildən başlarının üstünü alır.

Hikmətin ağılsızlıqdan üstünlüyü

13Səma altında mənə çox təsir edən bu hikməti də gördüm: 14içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü. 15Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.

16O zaman mən dedim:

“Hikmət qüdrətdən yaxşıdır,

Lakin yoxsul adamın hikmətinə xor baxırlar,

Onun sözləri eşidilmir”.

17Hikmətli adamın pıçıltı ilə dediyi sözlər

Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir.

18Hikmət döyüş silahından üstündür,

Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Un destino común y el valor de la vida

  • El autor aconseja celebrar la vida cotidiana mediante expresiones antiguas de alegría y honor: comer pan, beber vino, vestir ropas blancas y ungir la cabeza con aceite.Fuentes: el propio texto bíblico
  • El pasaje alude al Seol como el reino de los muertos, describiéndolo como un estado donde cesan el trabajo, los planes, el conocimiento y la sabiduría, lo que subraya la urgencia de vivir activamente en el presente.Fuentes: el propio texto bíblico
  • La guerra de asedio antigua se ilustra mediante el relato de un rey poderoso que construye grandes rampas de asedio contra una ciudad pequeña, la cual es liberada por la sabiduría de un hombre pobre y no por la fuerza militar.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.