Eclesiastés 5
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Allaha münasibət
1Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır.
2Dilin tələsməsin,
Allahın hüzurunda söz deməyə
Ürəyin tələsməsin.
Çünki Allah göydədir, sən yerdə.
Buna görə də az danış.
3Necə ki iş çox olanda adam yuxu görər,
Söz də çox olanda səfeh danışığa çevrilər.
4Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir. 5Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır. 6Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin? 7Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx.
Var-dövlətin puçluğu
8Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var. 9Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.
10Pul sevən puldan doymaz,
Var-dövlət sevən də qazancdan.
Bu da puçdur.
11Var-dövlət çoxaldıqca
Onu yeyənlər də çoxalır.
Gözləri ilə görməkdən savayı
Sahibinə ondan nə fayda var?
12Fəhlə az da yesə, çox da yesə,
Yuxusu şirindir.
Amma varlı adamın dövləti qoymaz ki,
O, rahat yatsın.
13Səma altında gördüyüm
Başqa böyük dərd də var:
Yığdığı sərvət sahibinə zərər gətirir,
14Bu sərvəti bədbəxt hadisələr yox edir,
Sərvət sahibinin oğlu doğulanda
Ona verməyə bir şeyi qalmır.
15Necə ki o, anasının bətnindən çılpaq doğulub,
Eləcə də bu dünyadan gedir.
Zəhmətinin bəhrəsindən
Heç nəyi əlinə götürüb
Özü ilə apara bilmir.
16Bu da böyük bir dərddir:
İnsan dünyaya necə gəlirsə,
Elə də gedir.
Boş yerə çəkdiyi zəhmətin
Ona nə faydası var?
17Ömrü boyu öz çörəyini
Qaranlıq, böyük sıxıntı, xəstəlik və
Qəzəb içində yeyir.
18İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur. 19Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir. 20Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür.

¿Sabías que…?
Reverencia, justicia y los límites de la riqueza
- El autor advierte contra las palabras apresuradas en el culto, recordando a los adoradores que Dios está en el cielo mientras los mortales están en la tierra. Los votos hechos a Dios se consideraban compromisos serios; el texto advierte que demorar o incumplir un voto es una necedad, por lo que es preferible no hacer votos que prometer y no cumplir.Fuentes: el propio texto bíblico
- Al abordar la injusticia y la opresión de los pobres en una provincia, el autor señala la burocracia gubernamental estratificada, donde cada funcionario es supervisado por una autoridad superior. A pesar de esta jerarquía administrativa, todos los niveles, incluido el rey, dependen en última instancia de los frutos del campo.Fuentes: el propio texto bíblico
- El capítulo contrasta el insomnio inquieto de los ricos con el sueño dulce del trabajador común, señalando que el afán por las riquezas no produce una satisfacción duradera. El verdadero contento surge cuando la persona acepta su porción y disfruta de la comida, la bebida y el trabajo honesto como dones de Dios.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org