Nations Bible

Eclesiastés 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Hər şeyin öz vaxtı var

1Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:

2Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı.

Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.

3Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı.

Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.

4Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı.

Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.

5Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı.

Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.

6Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı.

Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.

7Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı.

Susmağın öz vaxtı, danışmağın öz vaxtı.

8Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı.

Müharibənin öz vaxtı, sülhün öz vaxtı.

9İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 11Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. 12Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir. 14Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.

15İndi nə olursa, keçmişdə də olub,

Nə olacaqsa, lap qədimdən də var idi.

Allah olub-keçənləri araşdırır.

16Səma altında bir şey də gördüm:

Ədalətin yerində pislik var,

Salehliyin də yerində pislik.

17Mən ürəyimdə dedim:

“Allah həm salehi,

Həm də pis adamı mühakimə edəcək.

Çünki O hər iş, hər əməl üçün

Bir vaxt qoyub”.

18İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. 19Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. 20Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. 21Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?

22Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Un tiempo para cada ocasión

  • El capítulo comienza con un célebre poema de catorce pares de opuestos, que abarcan desde nacer y morir, plantar y arrancar, hasta llorar y bailar, la guerra y la paz. Esta estructura literaria ilustra la totalidad de las experiencias humanas debajo del cielo.Fuentes: el propio texto bíblico
  • El autor observa que Dios ha puesto la eternidad en el corazón humano, aunque los mortales no pueden comprender plenamente la obra que Dios hace de principio a fin.Fuentes: el propio texto bíblico
  • Al reflexionar sobre la mortalidad, el texto señala que tanto las personas como los animales vuelven al polvo. Ante este destino físico compartido, el Maestro concluye que disfrutar del trabajo cotidiano, de la comida y de la bebida es un don de Dios.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.