Deuteronomio 3
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Başan padşahı Oq üzərində qələbə
1Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı. 2Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”. 3Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb 4bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi. 5Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi. 6Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik. 7Bütün heyvanları götürüb şəhərləri talan etdik.
8Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq. 9Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər. 10Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq.
11Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.
İordan çayının şərq torpaqlarının paylaşdırılması
12O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim. 13Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi. 14Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır. 15Gileadı Makirə verdim. 16Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi. 17Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı.
18O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin. 19Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”. 20Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar.
21O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək. 22Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!”
Rəbb Musaya İordan çayını keçməyə izin vermir
23O zaman Rəbbə yalvararaq dedim: 24“Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun! 25Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”. 26Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə! 27Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən. 28Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”. 29Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq.

¿Sabías que…?
Victoria en Basán y la sucesión de Josué
- Og, el rey de Basán derrotado por los israelitas en Edrei, es presentado como el último remanente de los refaítas. Deuteronomio señala que su cama o sarcófago de hierro, de nueve codos de largo por cuatro de ancho, se conservó en Rabá de los amonitas.Fuentes: Og · el propio texto bíblico
- La región de Argob en Basán destacaba por sus sesenta ciudades fortificadas con altos muros y cerrojos. Tras la victoria de Israel, este territorio rocoso fue concedido a la media tribu de Manasés y tomado por Jair, uno de sus descendientes.Fuentes: Argob · el propio texto bíblico
- Aunque a Moisés se le permitió contemplar la Tierra Prometida hacia todos los puntos cardinales desde la cumbre del Pisga, se le prohibió cruzar el río Jordán. Moisés recibió la orden de comisionar y animar a Josué, quien guiaría al pueblo para heredar la tierra.Fuentes: Joshua · el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Bashan · 32.781, 35.935 · versículos 1, 3, 4, 6, 10, 11, 13, 14
- Argob · 32.969, 36.455 · versículos 4, 13, 14
- Jordan · Hoy: Jordan River · 31.761, 35.558 · versículos 8, 17, 18, 20, 21, 25, 27, 28
- Mount Hermon · 33.400, 35.850 · versículos 8, 9
- Valley of the Arnon · Hoy: Wadi Mujib · 31.466, 35.573 · versículos 8, 12, 16
- Senir · Hoy: Mount Hermon · 33.400, 35.850 · versículo 9
- Gilead · Hoy: Gilead 1 · 32.187, 35.692 · versículos 10, 12, 13, 15, 16
- Ammon · 31.955, 35.934 · versículos 11, 16
- Rabbah · Hoy: Amman · 31.955, 35.934 · versículo 11
- Havvoth-jair · 32.588, 35.726 · versículo 14
- Jabbok · Hoy: Zarqa River · 32.115, 35.543 · versículo 16
- Arabah · 30.417, 35.151 · versículo 17
- Salt Sea · Hoy: Dead Sea · 31.500, 35.500 · versículo 17
- Lebanon · 33.540, 35.584 · versículo 25
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org