Nations Bible

Daniel 4

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

1Padşah Navuxodonosor bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub adamlara müraciət etdi:

«Sülhünüz bol olsun! 2Məsləhət bildim ki, Allah-Taalanın mənim üçün etdiyi əlamətləri və möcüzələri sizə elan edim.

3Onun əlamətləri necə də böyükdür,

Onun möcüzələri necə də qüdrətlidir!

Onun padşahlığı əbədi padşahlıqdır,

Onun hökmranlığı nəsildən-nəslə qalacaq».

Navuxodonosorun ikinci yuxusu

4Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım. 5Ancaq bir gün məni qorxudan bir yuxu gördüm. Yatarkən düşüncələrim və gördüyüm görüntülər məni vahiməyə saldı. 6Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil müdriklərini hüzuruma çağırsınlar. 7Onda sehrbazlar, ruhçağıranlar, Xaldeyli müdriklər və əlamət baxıcıları gəldi. Mən yuxumu danışdım, ancaq onlar yuxunu yoza bilmədi. 8Nəhayət, allahımın adı ilə Belteşassar adlanan və müqəddəs allahların ruhuna malik olan Daniel hüzuruma gəldi. Mən yuxumu ona danışaraq dedim:

9«Ey sehrbazların ən böyüyü Belteşassar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm görüntüləri və onların yozumunu mənə söylə. 10Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi. 11Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü. 12Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi, üstündə hər kəs üçün qida var idi. Ağacın altında çöl heyvanları kölgə tapır, budaqlarında göy quşları yuva salır və bütün canlı məxluqlar onunla qidalanırdı.

13Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi. 14O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın. 15Ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və heyvanlarla birgə yerin otu ilə qidalansın. 16Onun insan ağlı əlindən alınsın və ona heyvan ağlı verilsin. Yeddi il keçənə qədər belə qalsın. 17Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”.

18Mən padşah Navuxodonosor belə bir yuxu gördüm. Ey Belteşassar, sən bu yuxunu yoz, çünki padşahlığımın müdrik adamlarından heç biri bu yuxunu yoza bilmir. Sən isə bunu edə bilərsən, çünki səndə müqəddəs allahların ruhu var».

Danielin yuxunu yozması

19O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun! 20Sənin gördüyün böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən, 21yarpaqları gözəl, meyvələri çox və hər kəs üçün qidası olan, altında çöl heyvanları kölgə tapan və budaqlarında göy quşları yuva quran 22ağac sənsən, ey padşah. Sən böyüyüb möhkəmləndin, əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı. 23Padşah gördü ki, qoruyucu, müqəddəs bir mələk göylərdən enib dedi: “Bu ağacı kəsib xarab edin, ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və yeddi il keçənə qədər çöl heyvanları ilə birgə qidalansın”.

24Ey padşah, yuxunun yozumu və Allah-Taalanın ağam padşaha qarşı hökmü belədir: 25sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər, göylərin şehi ilə islanacaqsan. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən. 26Ağacın kötüyü ilə köklərinin qalması barədə olan fərmanın mənası budur ki, sən göylərin hökmranlıq etdiyini dərk edəndən sonra padşahlığın sənə qaytarılacaq. 27Ey padşah, buna görə də sən mənim məsləhətimi qəbul et: ədalətlə rəftar etməklə günahlarından, yoxsullara mərhəmət etməklə təqsirlərindən vaz keç. Bəlkə bununla sənin əmin-amanlığının müddəti uzadılar».

Yuxunun çin çıxması

28Bütün bunlar padşah Navuxodonosorun başına gəldi. 29On iki ay keçəndən sonra Babildəki sarayının damında gəzən padşah dedi: 30«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?» 31Söz padşahın ağzından çıxmamışdı ki, göylərdən səs gəldi: «Ey padşah Navuxodonosor, sənə deyilir ki, padşahlığın əlindən alındı. 32Sən insanlar arasından qovulacaq, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən».

33Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı.

34«O günlərin sonunda mən Navuxodonosor üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Allah-Taalaya həmd etdim, Əbədi Yaşayanı mədh edib izzətləndirdim.

Onun hökmranlığı əbədidir,

Padşahlığı nəsildən-nəslə qalır.

35Dünyada yaşayanların hamısı heç bir şey sayılır.

O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında

Öz hökmünü yeridir.

Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.

36O zaman ağlım başıma gəldi. Padşahlığımın izzəti üçün cah-calalım yenə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdı. Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı. 37İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

El sueño y la humillación del rey

  • El capítulo 4 de Daniel está redactado como un decreto imperial o carta abierta dirigida por el rey Nabucodonosor a todas las naciones y lenguas de la tierra. En él, el propio rey relata su sueño perturbador, su posterior período de locura entre las bestias y su alabanza final al Dios Altísimo.Fuentes: el propio texto bíblico
  • Nabucodonosor fue el monarca más poderoso del Imperio babilónico, establecido en la gran ciudad de Babilonia, a orillas del río Éufrates. La narración sitúa su repentina humillación justo cuando se paseaba por la terraza del palacio real, jactándose de haber construido la gran Babilonia con su propia fuerza y gloria.Fuentes: Nebuchadnezzar · Babylon · el propio texto bíblico
  • En la corte real, Daniel era conocido por su nombre caldeo Baltasar, que significa 'Beltis proteja al rey'. Nabucodonosor acudió a él luego de que los magos, encantadores y astrólogos babilonios no pudieran descifrar la visión del gran árbol.Fuentes: Daniel · el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Babylon · 32.543, 44.422 · versículos 6, 29, 30
  • Chaldea · 30.962, 46.104 · versículo 7

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.