Hechos 9
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
İsa Şaulla danışır
1Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 2ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 3Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 4Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 5Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. 6Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 7Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 8Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 9Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 11Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 19Sonra yemək yeyib taqətə gəldi.
Şaul Dəməşqdə və Yerusəlimdə
Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 29O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. 30İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
Eneya və Tabitanın sağaldılması
32Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 33Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 34Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 35Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 37Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 38Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 39Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 40Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 41Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 43Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.

¿Sabías que…?
La conversión de Saulo y el ministerio de Pedro
- Al perseguidor de este capítulo se le llama Saulo, un hombre de Tarso. Saulo era el nombre que recibió en la circuncisión, su nombre hebreo en casa; el nombre Pablo probablemente también se le dio en la infancia, para usarlo en el mundo gentil. Tarso, capital de Cilicia, provincia romana en el sureste de Asia Menor, estaba a orillas del río Cidno, navegable hasta allí, se distinguía por la riqueza de su comercio con las tierras del Mediterráneo y con el centro de Asia Menor, y era sede de una famosa universidad, cuyas escuelas se describen como rivales de las de Atenas y Alejandría.Fuentes: Paul · Tarsus · el propio texto bíblico
- Damasco, la ciudad a la que Saulo se acercaba con cartas del sumo sacerdote para llevar a Jerusalén, como prisioneros, a hombres y mujeres del Camino, se describe como la más antigua de las ciudades de Oriente y la capital de Siria, a unas 133 millas al norte de Jerusalén. Ananías fue enviado a la casa de Judas, un judío de Damasco, en la calle llamada Derecha, una calle larga y ancha que corría de este a oeste por cerca de una milla y formaba la vía principal de la ciudad, distinta de las calles estrechas e irregulares habituales en las ciudades de Oriente. Esa calle se identifica con la calle de los bazares, donde se ha señalado una llamada casa de Judas.Fuentes: Damascus · Straight Gate · Judas (Jew of Damascus) · el propio texto bíblico
- Lida, donde Pedro encontró a Eneas, paralítico y encamado desde hacía ocho años, estaba a unas nueve millas al este de Jope, en el camino de ese puerto a Jerusalén. Jope estaba sobre un promontorio arenoso, a unas treinta millas al noroeste de Jerusalén, y era el principal puerto marítimo de Judea. Allí la discípula Tabita también se llama Dorcas, nombre griego que significa gacela; era conocida por obras de bondad y caridad, y las viudas le mostraron a Pedro las túnicas y las demás ropas que ella había hecho.Fuentes: Lydda · Joppa · Dorcas · el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Damascus · 33.511, 36.306 · versículos 2, 3, 8, 10, 19, 22, 27
- Jerusalem · 31.777, 35.234 · versículos 2, 13, 21, 26, 28
- Straight Street · 33.509, 36.311 · versículo 11
- Tarsus · 36.913, 34.892 · versículos 11, 30
- Caesarea · Hoy: Caesarea Maritima · 32.500, 34.892 · versículo 30
- Galilee · 32.760, 35.527 · versículo 31
- Judea · Hoy: Judea 1 · 31.777, 35.234 · versículo 31
- Samaria · Hoy: Samaria 2 · 32.276, 35.195 · versículo 31
- Lod · 31.950, 34.900 · versículos 32, 35, 38
- Sharon · Hoy: Sharon Plain · 32.400, 34.883 · versículo 35
- Joppa · Hoy: Jaffa · 32.054, 34.753 · versículos 36, 38, 42, 43
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org