Hechos 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Müqəddəs Ruhun gəlməsi
1Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. 2Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. 3Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. 4Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. 6Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 7Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 8Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 9Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, 10Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan 11Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». 12Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» 13Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
Peterin Əllinci Gün bayramında etdiyi vəz
14Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. 15Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır. 16Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. 17Allah dedi ki, axır zamanda
“Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm.
Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək,
Cavanlarınız görüntülər,
Ağsaqqallarınızsa röyalar görəcək.
18O günlərdə qul və qarabaşların üzərinə də
Ruhumdan tökəcəyəm,
Onlar da peyğəmbərlik edəcək.
19Yuxarıda – göylərdə xariqələr,
Aşağıda – yerdə əlamətlər göstərəcəyəm:
Qan, alov və tüstü buxarları görünəcək.
20Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl
Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. 23Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. 24Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 25Davud da Onun barəsində demişdi:
“Rəbbə həmişə üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.
26Elə bunun üçün qəlbim sevinir, dilim şad olur,
Cismim belə, ümidlə yaşayır.
27Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını çürüməyə qoymazsan.
28Mənə həyat yolunu öyrədirsən,
Hüzurunda mənə doyunca sevinc verirsən”.
29Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. 30Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. 31Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah
Onu ölülər diyarına atmaz,
Cismini çürüməyə qoymaz.
32Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq. 33Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü. 34Davud özü göylərə qalxmadı, amma belə dedi:
“Rəbb mənim Ağama dedi:
35‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”.
36Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» 38Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. 39Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». 40Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». 41Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. 42Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
İmanlılar arasında birlik
43Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. 44İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. 45Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; 46hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. 47Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.

¿Sabías que…?
El Espíritu viene en Pentecostés
- Judíos temerosos de Dios, de todas las naciones bajo el cielo, ya vivían en Jerusalén cuando un sonido como el de un viento fuerte e impetuoso vino del cielo y llenó la casa, y los que hablaban comenzaron a proclamar las maravillas de Dios en otras lenguas. En este capítulo, “Asia” es la provincia romana de Asia Proconsular, en la parte occidental de Asia Menor, cuya capital era Éfeso, y no el continente de ese nombre. El Ponto, a lo largo de la costa sur del mar Euxino, era una provincia romana en tiempos de los apóstoles y un lugar frecuentado por muchos judíos de la Dispersión; Capadocia era la provincia más oriental y la más grande de Asia Menor.Fuentes: el propio texto bíblico · Asia · Pontus · Cappadocia
- La multitud quedó asombrada de que los que hablaban fueran galileos. Quien se puso en pie con los Once y les habló fue Simón Pedro, llamado antes Simón —es decir, Simeón, que significa “oír”—, un pescador de Betsaida, en la costa occidental del mar de Galilea, a quien su hermano menor, Andrés, llevó primero a Jesús.Fuentes: el propio texto bíblico · Simon Peter
- Pedro dijo que aquello era lo que había hablado el profeta Joel. Joel, el segundo de los doce profetas menores, era hijo de Petuel, y su historia personal solo se conoce por su libro. Pedro también citó a David, el octavo y el menor de los hijos de Isaí, de Belén, y dijo a la multitud que ese patriarca había muerto y había sido sepultado, y que su sepulcro aún estaba con ellos en Jerusalén.Fuentes: el propio texto bíblico · Joel · David
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 5, 14
- Galilee · 32.760, 35.527 · versículo 7
- Asia · 38.400, 28.300 · versículo 9
- Cappadocia · 38.671, 34.839 · versículo 9
- Judea · Hoy: Judea 1 · 31.777, 35.234 · versículos 9, 14
- Mesopotamia · Hoy: Aram-naharaim · 36.864, 39.033 · versículo 9
- Pontus · 40.680, 37.830 · versículo 9
- Cyrene · 32.821, 21.851 · versículo 10
- Egypt · 30.129, 31.308 · versículo 10
- Libya · 32.821, 21.851 · versículo 10
- Pamphylia · 37.000, 31.000 · versículo 10
- Phrygia · 39.000, 31.000 · versículo 10
- Rome · 41.892, 12.485 · versículo 10
- Nazareth · 32.702, 35.298 · versículo 22
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org