Hechos 14
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Konyada
1Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər. 2Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar. 3Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi. 4Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı. 5Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı. 6Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar. 7Orada da Müjdəni yaydılar.
Listra və Derbedə
8Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi. 9O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. 10Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı. 11Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!» 12Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər. 13Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi. 14Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər: 15«Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün. 16O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi. 17Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir». 18Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar.
19Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. 20Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi. 21O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar.
Suriyada olan Antakyaya qayıtma
Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. 22Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». 23İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.
24Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. 25Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər. 26Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. 27Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər 28və şagirdlərin yanında uzun müddət qaldılar.

¿Sabías que…?
Pablo y Bernabé en Licaonia
- Iconio era la capital de Licaonia, una provincia romana del interior de Asia Menor cuyas ciudades principales eran Iconio, Listra y Derbe. El Diccionario Bíblico de Easton (1897) sitúa Iconio, la actual Konieh, al pie del monte Tauro, a unas 120 millas tierra adentro; Listra estaba en una región agreste, y Derbe era un pueblo pequeño a unas veinte millas de Listra, en la parte oriental de la llanura alta.Fuentes: Iconium · Lycaonia · Lystra · Derbe
- Cuando un hombre cojo de nacimiento comenzó a caminar, la multitud en Listra gritó en lengua licaonia que los dioses habían bajado en forma humana, llamando Zeus a Bernabé y Hermes a Pablo, porque Pablo era el principal orador. El Diccionario Bíblico de Easton (1897) usa los nombres romanos Júpiter y Mercurio, y dice que probablemente tomaron a Bernabé por Júpiter por su aspecto majestuoso y venerable; sobre el habla local, afirma que la lengua era probablemente el antiguo asirio, aunque otros han pensado que era un griego corrupto mezclado con palabras siríacas.Fuentes: el propio texto bíblico · Lystra · Lycaonia
- Este recorrido por Licaonia pertenece al primer viaje misionero de Pablo, que una cronología fecha en el año 45 d. C. y en cerca de un año. El Diccionario Bíblico de Easton (1897) señala que Pablo no sufrió persecución en Derbe; desde allí, él y Bernabé regresaron a Listra, Iconio y Antioquía de Pisidia para fortalecer a los discípulos y designar ancianos, y luego siguieron por Pisidia.Fuentes: First Missionary Journey · Derbe · Antioch (Pisidia) · el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Iconium · Hoy: Konya · 37.872, 32.492 · versículos 1, 19, 21
- Lycaonia · 38.000, 33.000 · versículos 6, 11
- Lystra · Hoy: Tel Lystra · 37.602, 32.338 · versículos 6, 8, 21
- Antioch · Hoy: Antioch in Pisidia · 38.306, 31.189 · versículos 19, 21
- Pamphylia · 37.000, 31.000 · versículo 24
- Pisidia · 38.306, 31.189 · versículo 24
- Attalia · Hoy: Antalya · 36.881, 30.704 · versículos 25, 26
- Perga · 36.960, 30.854 · versículo 25
- Antioch · Hoy: Antioch on the Orontes · 36.227, 36.172 · versículos 26, 27
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org