Nations Bible

Hechos 11

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Peterin izahı

1Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. 2Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək 3dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».

4Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: 5«Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. 6Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. 7Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” 8Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. 9Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 10Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 11Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 12Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 13Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 14Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 15Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 16Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 17Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 18Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».

Antakya cəmiyyətindəkilər

19Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 24Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 25Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.

27Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Gentiles acogidos y el nombre cristiano

  • Cuando Pedro subió a Jerusalén, los creyentes circuncidados lo reprocharon por haber visitado a hombres incircuncisos y haber comido con ellos. Contó que, mientras oraba en Jope, el principal puerto de Judea, a treinta millas al noroeste de Jerusalén, tuvo una visión, y que el Espíritu Santo cayó después sobre una familia en Cesarea, capital romana de Judea y su gran ciudad gentil. Una cronología de estos hechos sitúa esa defensa en el año 38 d.C.Fuentes: el propio texto bíblico · Joppa · Caesarea · Peter defends Gentile salvation
  • Los dispersados por la persecución que comenzó con Esteban, el primer mártir cristiano, llegaron hasta Fenicia, Chipre y Antioquía, y al principio hablaban solo a los judíos. Antioquía, a orillas del Orontes, a unas dieciséis millas del Mediterráneo y unas trescientas millas al norte de Jerusalén, era la metrópoli de Siria y ocupaba el tercer lugar en importancia entre las ciudades del imperio romano, después de Roma y Alejandría; se la llamaba la primera ciudad de Oriente. Allí los discípulos fueron llamados cristianos por primera vez, lo que una cronología sitúa en el año 40 d.C.Fuentes: el propio texto bíblico · Stephen · Antioch (Syria) · Disciples first called Christians
  • La iglesia de Jerusalén envió a Bernabé, un levita de Chipre a quien el relato llama hombre bueno, lleno del Espíritu Santo y de fe; encontró a Saulo en Tarso y lo llevó a Antioquía, donde enseñaron a la iglesia durante un año entero. El profeta Agabo predijo entonces por el Espíritu que una gran hambre se extendería por todo el mundo, lo cual, según la narración, ocurrió bajo Claudio. El Easton's Bible Dictionary (1897) identifica a Claudio como el cuarto emperador romano, que sucedió a Calígula en el año 41 d.C. y murió en el 54 d.C., y los discípulos enviaron socorro a los hermanos de Judea por medio de Bernabé y Saulo.Fuentes: el propio texto bíblico · Barnabas · Agabus · Claudius (4th Roman Emperor)

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Judea · Hoy: Judea 1 · 31.777, 35.234 · versículos 1, 29
  • Jerusalem · 31.777, 35.234 · versículos 2, 22, 27, 30
  • Joppa · Hoy: Jaffa · 32.054, 34.753 · versículos 5, 13
  • Caesarea · Hoy: Caesarea Maritima · 32.500, 34.892 · versículo 11
  • Antioch · Hoy: Antioch on the Orontes · 36.227, 36.172 · versículos 19, 20, 22, 26, 27, 29
  • Cyprus · 35.000, 33.000 · versículos 19, 20
  • Phoenicia · 33.271, 35.196 · versículo 19
  • Cyrene · 32.821, 21.851 · versículo 20
  • Tarsus · 36.913, 34.892 · versículo 25

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.