2 Samuel 3
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Davud nəslinin güclənməsi
1Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.
2Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi. 3İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, 4dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya, 5altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu.
Avnerin Davudla birləşməsi
6Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı. 7Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?» 8İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan? 9Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi. 10Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!» 11Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi.
12Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam». 13Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən». 14Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar». 15İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı. 16Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı.
17Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun. 18İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi». 19Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi.
20Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu. 21Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.
Yoavın Avneri öldürməsi
22Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi. 23Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi». 24Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi. 25Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi». 26Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi.
27Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü. 28Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil. 29Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın». 30Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.
31Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi. 32Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı. 33Padşah Avner üçün mərsiyə oxudu:
Avner, bir axmaq kimi ölməli idinmi?
34Əllərin bağlanmamışdı,
Ayaqlarına zəncir vurulmamışdı.
Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın.
Bütün xalq bir daha Avner üçün ağladı.
35Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!» 36Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü. 37O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil. 38Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi? 39Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»

¿Sabías que…?
La deserción y muerte de Abner
- Cuando Abner rompió con Is-boset, se comprometió a unir todo el reino bajo David desde Dan hasta Beerseba. Esta expresión geográfica era la designación tradicional de toda la Tierra Prometida, abarcando unas 144 millas desde el extremo norte hasta la frontera sur.Fuentes: el propio texto bíblico · Beersheba · Dan
- Antes de cerrar un pacto con Abner, David exigió el regreso de Mical, hija de Saúl, a quien habían entregado en matrimonio a Paltiel tras la huida de David. Recuperar a Mical reafirmó el matrimonio legítimo de David y preservó su vínculo político y dinástico con la casa de Saúl.Fuentes: el propio texto bíblico · Michal
- Joab asesinó a Abner en la puerta de Hebrón por venganza de sangre por su hermano Asael, a quien Abner había dado muerte en la batalla de Gabaón. Para demostrar a todo Israel que no participó en el crimen, el rey David guardó luto público, compuso un lamento fúnebre y ayunó hasta la puesta del sol.Fuentes: el propio texto bíblico · Joab · Asahel · Hebron
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Hebron · Hoy: Tel Rumeida · 31.525, 35.102 · versículos 2, 5, 12, 19, 20, 22, 27, 32
- Geshur · 32.767, 35.700 · versículo 3
- Dan · Hoy: Tel Dan · 33.249, 35.652 · versículo 10
- Gibeon · Hoy: El Jib · 31.847, 35.183 · versículo 30
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org