2 Reyes 23
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Padşah və xalqın Rəbb ilə əhd bağlaması
1Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 2Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 3Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
Yoşiyanın bütpərəstliyi aradan qaldırması
4Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astana keşikçilərinə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı. 5O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi. 6Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı. 7Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular. 8Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı. 9Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər. 10Yoşiya Ben-Hinnom vadisində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin. 11O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı. 12Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi. 13Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi. 14O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.
15Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı. 16Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi. 17Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi». 18O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar. 19Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi. 20Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
Yoşiyanın Pasxa bayramını keçirməsi
21Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin». 22İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi. 23Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
24Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi. 25Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
26Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi. 27Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
Yoşiyanın ölümü
28Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 29Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü. 30Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
Yəhuda padşahı Yehoaxaz
31Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 32O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 33Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 34Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. 35Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
Yəhuda padşahı Yehoyaqim
36Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. 37O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.

¿Sabías que…?
Las Reformas de Josías y la Caída de los Reyes de Judá
- La exhaustiva purga de Josías desmanteló siglos de instalaciones idólatras en Judá y Samaria. Quemó los objetos dedicados a Baal y a todo el ejército de los cielos, profanó Tofet en el valle de Ben-hinom para erradicar el sacrificio de niños a Moloc y destruyó el antiguo altar erigido por Jeroboam en Betel.Fuentes: el propio texto bíblico · Josiah · Molech · Bethel (of Palestine)
- En el decimoctavo año de su reinado, Josías restableció la observancia nacional de la Pascua en Jerusalén según el recién redescubierto Libro del Pacto. El registro bíblico señala que no se había celebrado una Pascua semejante desde los días de los jueces de Israel.Fuentes: el propio texto bíblico · Hilkiah
- Josías murió en combate en Meguido al intentar interceptar al faraón Necao de Egipto. Tras su muerte, Necao depuso al sucesor de Josías, Joacaz, tras solo tres meses de reinado, lo llevó desterrado a Egipto y colocó a su hermano Eliaquim en el trono bajo el nombre de Joacim.Fuentes: el propio texto bíblico · Jehoahaz · Jehoiakim · Megiddo
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 1, 2, 4, 5, 6, 8, 9, 13, 20, 23, 24, 27, 30, 31, 33, 36
- Kidron · Hoy: Kidron River · 31.780, 35.240 · versículos 4, 6, 12
- Topheth · Hoy: in the Hinnom Valley · 31.769, 35.228 · versículo 10
- Valley of Hinnom · Hoy: Hinnom Valley · 31.769, 35.228 · versículo 10
- Ammon · 31.955, 35.934 · versículo 13
- Moab · Hoy: Moab 1 · 31.181, 35.701 · versículo 13
- Mount of Olives · 31.778, 35.246 · versículo 13
- Samaria · 32.276, 35.195 · versículos 18, 19
- Assyria · 36.359, 43.153 · versículo 29
- Egypt · 30.129, 31.308 · versículos 29, 34
- Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículo 29
- Megiddo · Hoy: Tel Megiddo · 32.585, 35.184 · versículos 29, 30
- Hamath · Hoy: Hama · 35.136, 36.750 · versículo 33
- Riblah · Hoy: Rableh · 34.460, 36.573 · versículo 33
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org