2 Crónicas 8
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Süleymanın tikinti işləri
1Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 2Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.
3Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu. 4Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi. 5Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi. 6Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
7Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı. 8Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir. 9İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi. 10Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.
11Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».
Süleyman məbəddə ibadət qaydasını müəyyən edir
12O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi. 13Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.
14Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi. 15Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.
16Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.
Süleymanın donanması
17Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi. 18Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.

¿Sabías que…?
Las construcciones y la administración de Salomón
- Salomón fortificó lugares estratégicos en su reino, incluidos Bet-horón la de arriba y Bet-horón la de abajo para proteger el paso de Jerusalén a la llanura costera, además de Tadmor (más tarde conocida como Palmira) en el desierto sirio.Fuentes: el propio texto bíblico · Beth-horon · Tadmor
- Salomón trasladó a su esposa, la hija de Faraón, de la Ciudad de David a un palacio propio, afirmando que cualquier lugar donde hubiera estado el arca del Señor era sagrado.Fuentes: el propio texto bíblico · Daughter of Pharaoh
- En alianza con el rey Hiram de Tiro, marineros experimentados navegaron desde Ezión-géber y Elat, en la costa de Edom, junto con los siervos de Salomón hacia Ofir, trayendo de regreso 450 talentos de oro.Fuentes: el propio texto bíblico · Hiram
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Hamath · Hoy: Hama · 35.136, 36.750 · versículo 4
- Tadmor · Hoy: Palmyra · 34.547, 38.274 · versículo 4
- Lower Beth-horon · Hoy: Beit Ur al Tahta · 31.895, 35.084 · versículo 5
- Upper Beth-horon · Hoy: Beit Ur al Fauqa · 31.886, 35.114 · versículo 5
- Jerusalem · 31.777, 35.234 · versículo 6
- Lebanon · 33.540, 35.584 · versículo 6
- City of David · 31.774, 35.236 · versículo 11
- Edom · 30.746, 35.604 · versículo 17
- Red Sea · Hoy: Gulf of Aqaba · 28.750, 34.750 · versículo 17
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org