1 Tesalonicenses 5
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
1Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. 2Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. 3İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. 4Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. 5Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. 6Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. 7Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. 8Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. 9Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. 10Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. 11Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
Son öyüdlər və salamlar
12Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. 13Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. 14Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. 15Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
16Daima sevinin, 17durmadan dua edin, 18hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. 19Ruhu söndürməyin. 20Peyğəmbərlik sözlərinə xor baxmayın. 21Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. 22Hər cür şərdən uzaq durun.
23Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. 24Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
25Qardaşlar, bizim üçün dua edin. 26Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. 27Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun.
28Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!

¿Sabías que…?
Despiertos para el Día del Señor
- Este capítulo dice que el Día del Señor vendrá como ladrón en la noche y que la destrucción llegará de repente, como dolores de parto, mientras la gente dice: “Paz y seguridad”. Llama a los hermanos hijos de la luz e hijos del día, y los exhorta a no dormir como los demás, sino a permanecer despiertos y sobrios.Fuentes: el propio texto bíblico
- A quienes pertenecen al día se les pide que sean sobrios y se pongan la coraza de la fe y del amor y el casco de la esperanza de la salvación. El capítulo dice que Dios no los destinó a la ira, sino a obtener la salvación por medio del Señor Jesucristo, quien murió para que, despiertos o dormidos, vivan juntos con él.Fuentes: el propio texto bíblico
- Las palabras finales piden a los hermanos que reconozcan a quienes trabajan con diligencia entre ellos, presiden sobre ellos y los instruyen, teniéndolos en la más alta estima por su trabajo. Se les exhorta a amonestar a los indisciplinados, animar a los desalentados, ayudar a los débiles, ser pacientes con todos y no devolver mal por mal. También se les dice que no apaguen el Espíritu ni traten las profecías con desprecio, sino que prueben todas las cosas, saluden a todos los hermanos con un beso santo y hagan que esta carta sea leída a todos los hermanos.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org