1 Reyes 14
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Yarovamın oğlunun ölümü
1O vaxt Yarovamın oğlu Aviya xəstələndi. 2Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam. 3Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək».
4Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi. 5Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən».
6Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm. 7Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim. 8Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi. 9Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın. 10Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm. 11Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”. 12Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək. 13Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır. 14Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq. 15Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər. 16Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək». 17Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü. 18Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi.
Yarovamın ölümü
19Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 20Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu.
Yəhuda padşahı Rexavam
21Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi.
22Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar. 23Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər. 24Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı.
25Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi. 26O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü. 27Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi. 28Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.
29Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 30Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. 31Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya padşah oldu.

¿Sabías que…?
El juicio sobre Jeroboam y la invasión de Judá
- Cuando Abías, hijo de Jeroboam, cayó enfermo, el rey envió a su esposa disfrazada a Silo para consultar al profeta Ahías, quien originalmente había profetizado el reinado de Jeroboam. Aunque Ahías estaba ciego por la vejez, Dios le advirtió de su llegada, y el profeta anunció la ruina de la dinastía de Jeroboam y la muerte del niño en cuanto ella regresara a Tirsa.Fuentes: el propio texto bíblico · Ahijah · Abijah · Tirzah
- En el quinto año del reinado de Roboam en Jerusalén, el rey Sisac de Egipto invadió Judá y saqueó los tesoros del templo y del palacio real. Entre los bienes arrebatados estaban los escudos de oro fabricados durante la época de Salomón, los cuales Roboam sustituyó por escudos de bronce para la guardia real.Fuentes: el propio texto bíblico · Rehoboam · Solomon · Jerusalem
- El capítulo resalta el conflicto constante y la división entre ambos reinos: Roboam gobernaba Judá desde Jerusalén, mientras que Jeroboam gobernaba las tribus del norte desde Tirsa, manteniéndose en continua guerra a lo largo de sus reinados.Fuentes: el propio texto bíblico · Jeroboam · Rehoboam · Tirzah
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Shiloh · Hoy: Khirbet Seilun · 32.056, 35.290 · versículos 2, 4
- Euphrates · Hoy: Euphrates River · 31.004, 47.442 · versículo 15
- Jerusalem · 31.777, 35.234 · versículos 21, 25
- Egypt · 30.129, 31.308 · versículo 25
- City of David · 31.774, 35.236 · versículo 31
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org