Nations Bible

1 Crónicas 11

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Davudun taxta çıxması

1Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 2Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». 3İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

Davudun Yerusəlimi paytaxt şəhərinə çevirməsi

4Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. 5Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 6Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. 7Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. 8O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. 9Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.

Davudun igid döyüşçüləri

10Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. 11Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. 12Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. 13Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. 14Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.

15Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. 16Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. 17Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» 18Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. 19O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.

20Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. 21Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.

22Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. 23O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. 24Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. 25O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.

26Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, 27Harorlu Şammot, Pelonlu Xeles, 28Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, 29Xuşalı Sibbekay, Axoahlı İlay, 30Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, 31Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya, 32Qaaş vadisindən olan Xuray, Aravalı Aviel, 33Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba, 34Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan, 35Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal, 36Mekeralı Xefer, Pelonlu Axiya, 37Karmelli Xesro, Ezbay oğlu Naaray, 38Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar, 39Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, 40Yeterli İra, Yeterli Qarev, 41Xetli Uriya, Axlay oğlu Zavad, 42Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər, 43Maaka oğlu Xanan və Metenli Yehoşafat, 44Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel, 45Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa, 46Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma, 47Eliel, Oved və Mesovalı Yaasiel.

¿Sabías que…?

La Coronación de David y Sus Valientes

  • Antes de que David la conquistara, Jerusalén era conocida como Jebús, una plaza fuerte cananea en el monte Sion que sus habitantes consideraban inexpugnable. David prometió el mando militar a quien encabezara el asalto, distinción que obtuvo su sobrino Joab.Fuentes: Jebus · Joab · el propio texto bíblico
  • Cuando David expresó su anhelo de beber agua del pozo junto a la puerta de Belén, tres de sus principales guerreros atravesaron el campamento filisteo para conseguirla. Negándose a beber un agua obtenida a riesgo de sus vidas, David la derramó en tierra como ofrenda al Señor.Fuentes: Bethlehem · Jashobeam · Eleazar · el propio texto bíblico
  • Benaías, hijo de Joiada, fue famoso por singulares hazañas bélicas, entre ellas matar a un león dentro de un foso en un día nevado y vencer a un imponente guerrero egipcio solo con una vara. David lo puso al mando de su guardia real.Fuentes: Benaiah · el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Hebron · Hoy: Tel Rumeida · 31.525, 35.102 · versículos 1, 3
  • Jerusalem · 31.777, 35.234 · versículos 4, 8
  • City of David · 31.774, 35.236 · versículos 5, 7
  • Zion · Hoy: Jerusalem · 31.777, 35.234 · versículo 5
  • Valley of Rephaim · 31.763, 35.219 · versículo 15
  • Bethlehem · 31.704, 35.208 · versículos 16, 17, 18, 26
  • Moab · Hoy: Moab 1 · 31.181, 35.701 · versículos 22, 46
  • Tekoa · Hoy: Khirbet Teku’a · 31.632, 35.210 · versículo 28
  • Arabah · 30.417, 35.151 · versículo 32
  • Ammon · 31.955, 35.934 · versículo 39
  • Jattir · Hoy: Khirbet Attir · 31.352, 35.016 · versículo 40
  • Zobah · 33.935, 36.151 · versículo 47

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.