Romans 15
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
İmanınız günbəgün artsın
1Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. 2Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq. 3Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım». 4Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. 5Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, 6hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.
7Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. 8Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; 9beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».
10Yenə deyilir ki:
«Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
11Başqa bir yerdə:
«Ey bütün millətlər, Rəbbə həmd edin!
Ey bütün ümmətlər, Onu mədh edin!»
12Yeşaya da belə deyir:
«Yesseyin Kökü gələcək,
Millətlərə hökmran olmaq üçün ucalacaq,
Millətlər Ona ümid bağlayacaq».
13Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
Məsihin xidmətçisi
14Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz. 15Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 16Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar. 17Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm. 18Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. 20Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. 21Amma necə ki yazılıb:
«Onun haqqında xəbəri olmayanlar görəcək,
Eşitməyənlər anlayacaq».
Paulun Romaya getmək niyyəti
22Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. 23İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. 24Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. 25Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. 26Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. 27Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. 28Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. 29Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm.
30Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, 31Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin. 32Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim. 33Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.

Did you know?
Gentile Hope and the Road West
- Paul writes that he has fully proclaimed the gospel of Christ from Jerusalem all the way around to Illyricum. Easton's Bible Dictionary (1897) places that region northwest of Macedonia, on the eastern shores of the Adriatic, and describes it as then almost wholly included in Dalmatia; it says he traversed Illyricum on his third missionary journey, that it was the farthest district he had reached in preaching, and that a journey through Macedonia would have brought him to its borders.Sources: the Bible text itself · Illyricum
- He hopes to see the believers in Rome on his way to Spain and, after delivering the contribution from Macedonia and Achaia to Jerusalem, to set off for Spain by way of them. Easton's Bible Dictionary (1897) records that intention, but notes that there is no evidence he ever carried it out, although some think he probably did so between his first and second imprisonment.Sources: the Bible text itself · Spain
- Quoting Isaiah, he says that the Root of Jesse would appear and arise to rule over the Gentiles, and that the Gentiles would put their hope in him. Jesse was the father of David, and Easton's Bible Dictionary (1897) says that the phrase root of Jesse is used for the Messiah, while stem of Jesse is used for David's family.Sources: the Bible text itself · Jesse
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Illyricum · 43.539, 16.483 · verse 19
- Jerusalem · 31.777, 35.234 · verses 19, 25, 26, 27, 31
- Rome · 41.892, 12.485 · verse 24
- Spain · Today: Hispania · 40.210, -4.350 · verses 24, 28
- Achaia · 38.720, 22.540 · verse 26
- Macedonia · 41.600, 22.540 · verse 26
- Judea · Today: Judea 1 · 31.777, 35.234 · verse 31
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org