Revelation 18
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Babilin dağılması
1Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 2O, uca səslə nida edib dedi:
«Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
3Çünki bütün millətlər
O qadının coşğun əxlaqsızlıq şərabından içdi.
Yer üzünün padşahları
Onunla əxlaqsızlıq etdi.
Dünyanın tacirləri
Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
4Mən göydən belə deyən başqa bir səs də eşitdim:
«Ey Mənim xalqım, oradan çıxın ki,
Onun günahlarına şərik olmayasınız,
Onun uğrayacağı bəlalara düçar olmayasınız.
5Çünki onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.
6O nə etdisə,
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.
7Özünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadısa,
Ona o qədər də işgəncə və yas verin.
Çünki ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.
8Buna görə də bir günün içində
Onun üstünə bəlalar gələcək,
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
9Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər:
«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».
11Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14Onlar deyirlər:
«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
16«Vay, vay halına,
İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!
17Çünki bu qədər var-dövlət
Bir saat içində viran oldu».
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər:
«Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünki bir saat içində viran oldun».
20Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.
21Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:
«Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.
22Çəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.
23Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünki sənin tacirlərin
Yer üzünün böyük adamları idi,
Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24Peyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».

Did you know?
The fall of Babylon the great
- “Babylon” in this chapter is the Greek form of the name Babel. A Bible dictionary gives the Semitic form as Babilu, meaning “The Gate of God,” and notes that Assyrian tablets call it “the city of the dispersion of the tribes.” The same entry places the city on the Euphrates, about two hundred miles above that river’s junction with the Tigris.Sources: Babylon · the Bible text itself
- The chapter shows Babylon’s wealth through the people who profited from her. Kings who lived in luxury with her, and shipmasters, sailors, and others who made their living from the sea, stand at a distance and weep as they see the smoke of the fire that consumes her. Merchants mourn because no one is left to buy their cargo, which runs from gold, purple, silk, and spices to cattle, horses, chariots, and slaves and souls of men.Sources: the Bible text itself
- The fall is pictured as sudden and final. In her heart the city says she sits as a queen, is not a widow, and will never see grief, yet the chapter says death, grief, and famine come in one day and she is consumed by fire, while those watching from afar cry that the disaster has come in a single hour. A mighty angel hurls into the sea a stone the size of a great millstone and declares that Babylon will be thrown down with the same violence, never to be seen again; music, craftsmen’s work, the sound of a millstone, lamplight, and the voices of a bride and bridegroom all cease.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org