Numbers 31
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Midyanlılardan qisas alma
1Rəbb Musaya belə dedi: 2«İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan».
3Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar. 4İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin».
5Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi. 6Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü. 7Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar. 8Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.
9Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər. 10Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular. 11İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər. 12Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər.
13Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar. 14Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib 15«Bütün qadınları nə üçün sağ saxladınız?» dedi. 16«Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi. 17İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün. 18Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın.
19Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin. 20Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin».
21Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir. 22Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu, 23oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin. 24Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin».
Talan malının bölünməsi
25Rəbb Musaya dedi: 26«Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın. 27Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün. 28Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın. 29Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin. 30O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin». 31Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər.
32Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi, 3372 000 mal-qara, 3461 000 eşşək, 35kişi ilə yaxınlıq etməmiş 32 000 qız.
36Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi, 37bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi; 3836 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı; 3930 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı; 4016 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı. 41Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi.
42Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır: 43İcmaya düşən yarı pay 337 500 qoyun-keçi, 4436 000 mal-qara, 4530 500 eşşək, 4616 000 insan. 47Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi.
48Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər: 49«Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir. 50Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək».
51Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı; 52minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi. 53Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü. 54Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər.

Did you know?
War against Midian and the Division of Spoils
- An army of 12,000 Israelites—one thousand from each tribe—went to battle against Midian, accompanied by Phinehas son of Eleazar carrying the sacred vessels and signaling trumpets. Among those slain in the campaign were the five Midianite kings (Evi, Rekem, Zur, Hur, and Reba) as well as Balaam son of Beor.Sources: the Bible text itself · Phinehas (Levite) · Balaam
- Eleazar the priest instructed the soldiers on the purification rites required before re-entering the camp after battle. Articles capable of withstanding heat, such as gold, silver, bronze, iron, tin, and lead, had to be passed through fire and purified with water, while other materials were cleansed with water alone.Sources: the Bible text itself · Eleazar
- After the campaign, the army commanders reported that not a single Israelite soldier was lost in the fighting. In response, the officers brought an offering to the Tent of Meeting totaling 16,750 shekels of gold jewelry taken as plunder.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Midian · 28.495, 35.012 · verses 3, 7, 8, 9
- Jericho · Today: Tell es Sultan · 31.872, 35.445 · verse 12
- Jordan · Today: Jordan River · 31.761, 35.558 · verse 12
- Moab · Today: Moab 2 · 31.840, 35.674 · verse 12
- Peor · Today: within 1 km of Khirbet Ayun Musa · 31.777, 35.738 · verse 16
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org