Nations Bible

Numbers 3

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Harun oğulları

1Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir. 2Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar. 3Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır. 4Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər.

5Rəbb Musaya dedi: 6«Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər. 7Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər. 8Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər. 9Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir. 10Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».

11Rəbb Musaya dedi: 12«Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir. 13Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».

Levililərin vəzifələri

14Rəbb Sina səhrasında Musaya belə dedi: 15«Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al». 16Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı. 17Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari. 18Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey. 19Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel. 20Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi.

Ailələrinə görə Levi nəsilləri bunlardır.

21Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır. 22Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı. 23Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar. 24Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır. 25Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə, 26həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.

27Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır. 28Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər. 29Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar. 30Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır. 31Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər. 32Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.

33Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır. 34Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı. 35Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar. 36Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət, 37məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu.

38Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.

39Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.

40Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al. 41İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm». 42Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı. 43Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi.

44Rəbb Musaya dedi: 45«Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm». 46İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə, 47hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür. 48Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver. 49Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü. 50İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı. 51Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The Levites and the Firstborn

  • The Levites were designated by God to assist Aaron and his sons in tabernacle service in place of all firstborn Israelite males, whom God had claimed as his own when he struck down the firstborn in Egypt. Because the firstborn Israelites numbered 22,273 and the Levites totaled 22,000, a redemption price of five shekels each was collected for the surplus 273 firstborn and given to the priests.Sources: the Bible text itself
  • The Levites were organized by the three sons of Levi: Gershon, Kohath, and Merari. Each clan was assigned a specific campsite around the tabernacle and distinct duties: Gershonites managed the fabrics and curtains, Kohathites transported the sacred furnishings such as the ark and lampstand, and Merarites maintained the heavy structural frames, posts, and bases.Sources: the Bible text itself · Gershon · Kohath · Merari
  • Aaron's two eldest sons, Nadab and Abihu, had died before the Lord in the Wilderness of Sinai after offering unauthorized fire, leaving no descendants. Consequently, only his younger sons, Eleazar and Ithamar, served as priests during Aaron's lifetime, with Eleazar appointed as chief overseer of the Levites.Sources: the Bible text itself · Aaron · Nadab

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Wilderness of Sinai · Today: about 50 km around Jebel Musa · 28.540, 33.973 · verses 4, 14
  • Egypt · 30.129, 31.308 · verse 13

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.