Numbers 23
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Bilamın birinci dəfə gələcəkdən xəbər verməsi
1Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla». 2Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər. 3Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
4Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim». 5Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de». 6Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar. 7Bilam gələcəkdən xəbər verib dedi:
«Balaq məni Aramdan,
Moav padşahı məni şərq dağlarından gətirdi,
“Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu,
Gəl İsrailə qarğış et” dedi.
8Allahın lənət etmədiyinə mən necə lənət edim?
Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
9Qayaların zirvəsindən onları görürəm mən,
Təpələrdən onlara baxıram.
Müstəqil yaşayan,
Ellərdən özünü ayıran
Bir xalq görürəm.
10Kim Yaqubun tozunu saya bilər?
İsrailin dörddə birini
Axı kim hesablar?
Qoy saleh adamların ölümü ilə ölüm!
Onlar necə olubsa, sonum elə olsun!»
11Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!» 12Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»
Bilamın ikinci dəfə gələcəkdən xəbər verməsi
13Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu». 14Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi. 15Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur». 16Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de». 17Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?» 18Bilam gələcəkdən xəbər verib dedi:
«Ey Balaq, oyan və dinlə;
Ey Sippor oğlu, mənə qulaq as.
19Allah insan deyil ki,
Yalan söyləsin,
Bəşər oğlu deyil ki,
Fikrini dəyişdirsin.
Dediyini həyata keçirməzmi?
Verdiyi sözü yerinə yetirməzmi?
20Budur, xeyir-dua üçün əmr aldım;
O, xeyir-dua vermişdir,
Mən onu dəyişə bilmərəm.
21Yaqubda bədbəxtlik üz verməyəcək.
İsraildə bəla olmayacaq.
Özlərinin Allahı Rəbb onlarladır,
Onları padşah kimi alqışlayırlar.
22Allah onları Misirdən çıxardı;
Onların çöl öküzü kimi qüvvəti vardır.
23Yaqub üçün edilən baxıcılıq baş tutmaz,
İsrail üçün edilən falçılıq alınmaz.
Bax indi deyiləcək:
“Yaqub və İsrail üçün
Allah nələr etdi!”
24Budur, xalq dişi aslan tək oyanır,
Şir kimi qalxır,
Şikarını yeməyincə,
Ölənlərin qanını içməyincə yatmayacaq».
25Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver». 26Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»
Bilamın üçüncü dəfə gələcəkdən xəbər verməsi
27Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan». 28Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı. 29Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla». 30Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.
Did you know?
Balaam's Oracles of Blessing
- In his first oracle, Balaam mentions that Balak brought him from Aram in the eastern mountains. According to biblical tradition, Balaam was from Mesopotamia and held a widespread reputation for invoking powerful blessings and curses.Sources: the Bible text itself · Balaam · Aram
- Seeking a favorable outcome, King Balak led Balaam to different vantage points across Moab, including the Field of Zophim on the summit of Pisgah and the peak of Peor overlooking the wilderness, hoping a different view would allow him to curse Israel.Sources: the Bible text itself · Zophim · Pisgah · Peor
- At each new location, Balaam instructed Balak to construct seven altars and sacrifice seven bulls and seven rams—one bull and one ram on each altar—before stepping aside to receive an oracle from the Lord.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Moab · Today: Moab 1 · 31.181, 35.701 · verses 6, 7, 17
- Aram · 33.511, 36.306 · verse 7
- East · Today: region around Amman · 31.955, 35.934 · verse 7
- Egypt · 30.129, 31.308 · verse 22
- Jeshimon · 31.470, 35.223 · verse 28
- Peor · Today: within 1 km of Khirbet Ayun Musa · 31.777, 35.738 · verse 28
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org