Numbers 21
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Arad şəhərinin yox edilməsi
1Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu. 2İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik». 3Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma qoyuldu.
Tunc ilan
4Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. 5Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik».
6O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. 7Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. 8Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». 9Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
Moav səfəri
10İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar. 11Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar. 12Oradan da yola düşdülər və Zered vadisində dayandılar. 13Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir. 14Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır:
«Sufada olan Vahev və vadilər, Arnon,
15Arın məskəninə uzanıb
Moav sərhədinə çatan vadilərin yamacları…»
16Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur. 17O zaman İsrail övladları bu nəğməni oxudular:
«Ey quyu, suların fışqırsın,
Ona nəğmə oxuyun,
18O quyu ki onu başçıların açdı,
Xalqın əsilzadələri
Əsa ilə, dəyənəklə qazdı».
Sonra səhradan Mattanaya yollandılar. 19Mattanadan Naxalielə, Naxalieldən Bamota, 20Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.
Padşah Sixonun və padşah Oqun məğlub olması
21İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi: 22«Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».
23Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi. 24İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var. 25İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər. 26Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.
27Bunun üçün şairlər belə deyirlər:
«Xeşbona gəlin;
Qoy yenidən qurulsun,
Sixonun şəhəri bərpa edilsin.
28Çünki Xeşbondan atəş,
Sixonun şəhərindən alov çıxdı;
Moavın Ar şəhərini,
Arnonun təpələrinin başçılarını
Yandırıb məhv etdi.
29Vay halına, ey Moav!
Ey Kemoşun xalqı, yox oldun!
Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı,
Qızları əsir aparıldı.
30Lakin biz onları məğlub etdik,
Xeşbondan Divona qədər məhv oldular,
Medvaya uzanan Nofahadək
Hər tərəfi viran etdik».
31İsraillilər Emorluların torpağında məskunlaşdı. 32Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.
33Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı. 34Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir». 35İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.

Did you know?
The Bronze Serpent and the March Beyond the Arnon
- When the Israelites grew impatient during their journey around Edom and complained about the lack of food and water, venomous snakes appeared in the camp. Moses was instructed to craft a bronze serpent and mount it on a pole so that anyone bitten could look at it and live.Sources: the Bible text itself
- This chapter cites an otherwise unknown ancient Hebrew text called the Book of the Wars of the LORD to delineate the boundary along the Arnon river, which separated the Moabites from the Amorites.Sources: the Bible text itself · Arnon
- The passage includes an ancient poem mentioning Chemosh, the deity worshipped by the Moabites. The poem recounts how Sihon king of the Amorites had previously conquered Moabite lands from Heshbon down to the Arnon before Israel defeated him in battle.Sources: the Bible text itself · Chemosh · Sihon · Heshbon
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Negeb · 31.245, 34.841 · verse 1
- Edom · 30.746, 35.604 · verse 4
- Way of the Red Sea · Today: road between the Dead Sea and the Gulf of Aqaba · 29.727, 34.998 · verse 4
- Egypt · 30.129, 31.308 · verse 5
- Moab · Today: Moab 1 · 31.181, 35.701 · verses 11, 13, 15, 20, 26, 28, 29
- Valley of Zered · Today: Wadi al Hasa · 31.027, 35.485 · verse 12
- Arnon · Today: Wadi Mujib · 31.466, 35.573 · verses 13, 14, 24, 26, 28
- Waheb · Today: within 50 km of Sufeh · 31.666, 35.817 · verse 14
- Jeshimon · 31.470, 35.223 · verse 20
- King’s Highway · 31.955, 35.934 · verse 22
- Ammon · 31.955, 35.934 · verse 24
- Jabbok · Today: Zarqa River · 32.115, 35.543 · verse 24
- Dibon · Today: Tall Dhiban · 31.502, 35.777 · verse 30
- Medeba · Today: Madaba · 31.716, 35.795 · verse 30
- Bashan · 32.781, 35.935 · verse 33
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org