Numbers 13
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Kənan ölkəsinə nəzər salma
1Rəbb Musaya dedi: 2«İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».
3Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır. 4Adları bunlardır:
Ruven qəbiləsindən Zakkur oğlu Şammua;
5Şimeon qəbiləsindən Xori oğlu Şafat;
6Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;
7İssakar qəbiləsindən Yusif oğlu İqal;
8Efrayim qəbiləsindən Nun oğlu Huşə;
9Binyamin qəbiləsindən Rafu oğlu Palti;
10Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;
11Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;
12Dan qəbiləsindən Gemalli oğlu Ammiel;
13Aşer qəbiləsindən Mikael oğlu Setur;
14Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;
15Qad qəbiləsindən Maki oğlu Geuel.
16Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.
17Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın. 18Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu? 19Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı? 20Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.
21Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər. 22Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi. 23Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar. 24İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi.
25Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar. 26Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər. 27Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri! 28Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük. 29Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».
30Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik». 31Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər». 32Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur. 33Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».

Did you know?
Spying Out the Promised Land
- Moses sent twelve leaders representing the tribes of Israel from the Wilderness of Paran to scout the land of Canaan. The expedition explored the territory for forty days, traveling north from the arid Negev as far as Rehob toward Lebo-hamath.Sources: the Bible text itself · Paran · Negeb · Rehob
- At a valley called Eshcol, the scouts gathered specimens of the fertile land's harvest, including pomegranates, figs, and a single cluster of grapes so heavy that two men carried it on a wooden pole.Sources: the Bible text itself · Brook Eshcol
- Before dispatching the leaders, Moses gave Hoshea son of Nun the name Joshua. Upon returning, Caleb and Joshua encouraged Israel to take the land, while the other scouts reported with fear that the cities were fortified and inhabited by the tall descendants of Anak.Sources: the Bible text itself · Joshua · Caleb · Anak
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Canaan · 32.767, 35.333 · verses 2, 17
- Paran · 30.303, 34.777 · verses 3, 26
- Negeb · 31.245, 34.841 · verses 17, 22, 29
- Zin · Today: Zin Desert · 30.971, 35.325 · verse 21
- Egypt · 30.129, 31.308 · verse 22
- Hebron · Today: Tel Rumeida · 31.525, 35.102 · verse 22
- Zoan · Today: Tanis · 30.977, 31.880 · verse 22
- Amalek · 30.648, 34.422 · verse 29
- Great Sea · Today: Mediterranean Sea · 31.805, 34.170 · verse 29
- Jordan · Today: Jordan River · 31.761, 35.558 · verse 29
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org