Nehemiah 7
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
1Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. 2Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. 3Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».
Sürgündən Yəhudaya qayıdanların siyahısı
4Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.
5Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:
6Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. 7Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi.
Sürgündən qayıdan İsraillilərin sayı:
8Paroş övladları – 2172 nəfər;
9Şefatya övladları – 372 nəfər;
10Arah övladları – 652 nəfər;
11Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;
12Elam övladları – 1254 nəfər;
13Zattu övladları – 845 nəfər;
14Zakkay övladları – 760 nəfər;
15Binnuy övladları – 648 nəfər;
16Bevay övladları – 628 nəfər;
17Azqad övladları – 2322 nəfər;
18Adoniqam övladları – 667 nəfər;
19Biqvay övladları – 2067 nəfər;
20Adin övladları – 655 nəfər;
21Ater, yəni Xizqiya övladları – 98 nəfər;
22Xaşum övladları – 328 nəfər;
23Besay övladları – 324 nəfər;
24Xarif övladları – 112 nəfər;
25Giveon övladları – 95 nəfər;
26Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;
27Anatot sakinləri – 128 nəfər;
28Bet-Azmavet sakinləri – 42 nəfər;
29Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;
30Rama və Geva sakinləri – 621 nəfər;
31Mikmas sakinləri – 122 nəfər;
32Bet-El və Ay sakinləri – 123 nəfər;
33Digər Nevo sakinləri – 52 nəfər;
34Digər Elam övladları – 1254 nəfər;
35Xarim övladları – 320 nəfər;
36Yerixo övladları – 345 nəfər;
37Lod, Xadid və Ono övladları – 721 nəfər;
38Senaa övladları – 3930 nəfər.
39Kahinlər:
Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;
40İmmer övladları – 1052 nəfər;
41Paşxur övladları – 1247 nəfər;
42Xarim övladları – 1017 nəfər.
43Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.
44İlahiçilər: Asəf övladları – 148 nəfər.
45Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.
46Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, 47Qeros övladları, Siya övladları, Padon övladları, 48Levana övladları, Xaqava övladları, Şalmay övladları, 49Xanan övladları, Giddel övladları, Qaxar övladları, 50Reaya övladları, Resin övladları, Neqoda övladları, 51Qazzam övladları, Uzza övladları, Paseah övladları, 52Besay övladları, Meunim övladları, Nefuşsim övladları, 53Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 54Baslit övladları, Mexida övladları, Xarşa övladları, 55Barqos övladları, Sisra övladları, Tamax övladları, 56Nesiah övladları, Xatifa övladları.
57Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, 58Yaala övladları, Darqon övladları, Giddel övladları, 59Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. 60Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.
61Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: 62Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.
63Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. 64Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. 65Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».
667337 nəfər kölə və kənizlərdən başqa, 67bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. 68Bu adamların 736 atı və 245 qatırı, 69435 dəvəsi, 6720 eşşəyi var idi.
70Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. 71Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. 72Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.
73Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.
Did you know?
Guarding and Registering the Community
- After rebuilding the wall, Nehemiah appointed his brother Hanani and Hananiah, the commander of the fortress, to oversee Jerusalem. Because the city was spacious but sparsely populated with unrebuilt houses, strict security rules were set: city gates remained barred until the heat of the day, and residents were assigned watch posts near their homes.Sources: the Bible text itself · Hanani · Hananiah
- To enroll the population, Nehemiah consulted the genealogical records of the original exiles who returned from Babylon under Zerubbabel. Preserving family lineage was essential; individuals who claimed priestly heritage but could not produce documentation were barred from priestly duties until a priest could consult the Urim and Thummim.Sources: the Bible text itself · Zerubbabel
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Jerusalem · 31.777, 35.234 · verses 2, 3, 6, 73
- Babylon · 32.543, 44.422 · verse 6
- Gibeon · Today: El Jib · 31.847, 35.183 · verse 25
- Bethlehem · 31.704, 35.208 · verse 26
- Kiriath-jearim · Today: Deir el Azar · 31.809, 35.104 · verse 29
- Jericho · Today: Tell es Sultan · 31.872, 35.445 · verse 36
- Lod · 31.950, 34.900 · verse 37
- Immer · Today: in Babylonia · 32.543, 44.422 · verse 61
- Gilead · Today: Gilead 1 · 32.187, 35.692 · verse 63
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org