Nehemiah 13
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Nehemyanın qayda-qanunu bərpa etməsi
1O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz». 2Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi. 3İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.
4Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə 5ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı. 6Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb 7Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım. 8Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım. 9Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.
10Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır. 11Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım. 12Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər. 13Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.
14Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!
15O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim. 16Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı. 17Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz? 18Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».
19Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin. 20Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi. 21Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər. 22Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər.
Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!
23Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm. 24Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi. 25Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın. 26İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar. 27İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»
28Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.
29Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!
30Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi. 31Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim.
Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!
Did you know?
Nehemiah’s Final Reforms
- During Nehemiah's absence in Babylon visiting King Artaxerxes, Eliashib the priest allocated a large temple storeroom to Tobiah the Ammonite. Upon his return, an outraged Nehemiah threw all of Tobiah's household goods out of the chamber and restored the space for storing grain offerings, frankincense, and sacred temple articles.Sources: Tobiah · the Bible text itself
- To stop merchants from Tyre and local traders from selling food and goods on the Sabbath, Nehemiah ordered the gates of Jerusalem to be shut as evening shadows fell before the Sabbath and kept closed until it ended, posting guards to enforce the rest day.Sources: the Bible text itself
- Nehemiah confronted Judean men who had married women from Ashdod, Ammon, and Moab after noticing that half of their children could no longer speak the language of Judah, which he saw as a threat to their religious and community identity.Sources: the Bible text itself · Ashdod · Ammon · Moab
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Babylon · 32.543, 44.422 · verse 6
- Jerusalem · 31.777, 35.234 · verses 6, 7, 15, 16, 19, 20
- Tyre · 33.271, 35.196 · verse 16
- Ammon · 31.955, 35.934 · verse 23
- Ashdod · Today: Tel Ashdod · 31.757, 34.658 · verses 23, 24
- Moab · Today: Moab 1 · 31.181, 35.701 · verse 23
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org