Mark 8
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
İsa dörd min nəfəri doydurur
1O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi: 2«Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. 3Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib». 4Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?» 5İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi». 6Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. 7Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. 8Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 9Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. 10O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.
Fariseylərin və Hirodun mayası
11Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. 12O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». 13Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
14Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. 15İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». 16Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». 17İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? 18Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? 19Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». 20«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». 21İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»
Bet-Saydada olan korun şəfa tapması
22Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar. 23İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?» 24Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər». 25Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. 26İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».
Peterin Məsihi tanıması
27İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?» 28Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən». 29İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən». 30İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
31İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir». 32İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. 33Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
34İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 35Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. 36İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? 37İnsan öz canının əvəzinə nə verə bilər? 38Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».

Did you know?
Seeing Who Jesus Is
- After about four thousand men had eaten and seven baskets of broken pieces had been picked up, Jesus got into the boat with his disciples and went to the district of Dalmanutha, a name that appears only in this chapter. It was a place on the west side of the Sea of Galilee, near Magdala. In the parallel passage in Matthew, he comes into the borders of Magdala, which was probably the Greek name of one of the watch-towers on the western shore of the lake.Sources: the Bible text itself · Dalmanutha
- At Bethsaida some people brought a blind man, and Jesus led him by the hand out of the village, spit on his eyes, and placed his hands on him. At first the man saw people like trees walking; only when Jesus placed his hands on the man’s eyes again was his sight fully restored. The town is described as standing on the east side of the lake, about two miles up the Jordan, in Gaulonitis; Philip the tetrarch enlarged it and called it Julias, after the emperor’s daughter, though some have supposed there was only one Bethsaida, built on both sides of the lake near where the Jordan enters it.Sources: the Bible text itself · Bethsaida
- Jesus and his disciples went on to the villages around Caesarea Philippi, a city about twenty miles north of the Sea of Galilee, near the base of Mount Hermon at the upper source of the Jordan, and described as the northern limit of his public ministry. According to some, it had earlier been Baal-Gad or Baal-Hermon, a Canaanite sanctuary of Baal, and it was later called Panium or Paneas, from a deep cavern full of water near the town. There Peter said, "You are the Christ," and when he rebuked Jesus for teaching that the Son of Man must suffer many things, be killed, and rise after three days, Jesus answered, "Get behind me, Satan," a name that means adversary or accuser.Sources: the Bible text itself · Caesarea Philippi · Satan
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org