Mark 15
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
1Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. 2Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 3Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. 4Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» 5Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi. 6Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. 7Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. 8Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. 9Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 10Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. 11Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər. 12Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» 13«Onu çarmıxa çək!» deyə yenə bağırdılar. 14Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. 15Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. 16Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. 17Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18«Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar. 21O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. 22İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. 23Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. 24İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. 25Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər. 26Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». 27Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. 29Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! 30İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 31Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! 32İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər. 33Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 34Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 35Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». 36Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» 37İsa uca səslə qışqırıb son nəfəsini verdi. 38O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. 39İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi. 40Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. 41İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi. 42O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə 43Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. 44Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» 45Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. 46Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. 47Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.
Did you know?
Trial, Crucifixion, and Burial
- According to Easton's Bible Dictionary (1897), Pontius Pilate was a Roman procurator of Judea from A.D. 26 to 36, with headquarters at Caesarea, though he often went up to Jerusalem. At the feast it was his custom to release a prisoner chosen by the people. Barabbas, a name meaning “son of Abba” or “son of a father,” was a notorious robber imprisoned with rebels who had committed murder during an insurrection, and the crowd demanded his release instead of Jesus.Sources: Pontius Pilate · Barabbas · the Bible text itself
- They brought Jesus to a place called Golgotha, which Mark explains as the Place of the Skull. The name represents in Greek letters the Aramaic word Gulgaltha, the Hebrew gulgoleth, meaning “a skull,” and it is the same place known as Calvary. It was a little knoll rounded like a bare skull, a well-known spot outside the gate and near the city.Sources: Golgotha · the Bible text itself
- At the ninth hour Jesus cried out, “Eloi, Eloi, lema sabachthani?” which Mark explains as, “My God, My God, why have You forsaken Me?” Some standing nearby thought he was calling Elijah, the Tishbite prophet, and someone suggested they wait to see whether Elijah would come and take him down.Sources: the Bible text itself · Elijah
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Cyrene · 32.821, 21.851 · verse 21
- Galilee · 32.760, 35.527 · verse 41
- Jerusalem · 31.777, 35.234 · verse 41
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org