Mark 13
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Axır zamanın əlamətləri
1İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!» 2İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu: 4«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?» 5İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 6Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq. 7Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 8Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız. 10Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır. 11Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur. 12Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 13Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
14Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın. 15Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin. 16Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 17Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 18Dua edin ki, bu hadisə qış fəslində baş verməsin. 19Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 20Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.
21O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın. 22Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 23Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.
Bəşər Oğlunun zühuru
24Amma o günlərdə, o əzab-əziyyətdən sonra
Günəş tutulacaq,
Ay nurunu saçmayacaq,
25Ulduzlar göydən töküləcək,
Səma cisimləri lərzəyə gələcək.
26O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək. 27Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.
28Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 29Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 30Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 31Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Bilinməyən gün və saat
32Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 33Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. 34Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. 35Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. 36Qoy o qəfil gəlib sizi yatan görməsin. 37Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»

Did you know?
The fall of the temple and the call to watch
- As Jesus left the temple, a disciple pointed to its magnificent stones and buildings, and Jesus said that not one stone would be left on another; every one would be thrown down. He was sitting on the Mount of Olives opposite the temple. The Mount of Olives is a ridge east of Jerusalem, named for the olive trees clothing its sides and separated from the city by the Kidron valley.Sources: the Bible text itself · Mount of Olives
- Peter, James, John, and Andrew asked Jesus privately when the great buildings would be thrown down and what sign would show that this was about to be fulfilled. Andrew was Peter’s younger brother; both were fishermen from Bethsaida. James, the elder brother of John and a son of Zebedee and Salome, was a fisherman in partnership with Peter.Sources: the Bible text itself · Simon Peter · Andrew · James (Son of Zebedee)
- Jesus said that when the abomination of desolation was seen standing where it should not be, those in Judea should flee to the mountains: no one on the housetop should go back inside for anything, and no one in the field should return for a cloak. In the time of Christ, Judea was the southernmost of the three divisions of Palestine, distinguished from Galilee and Samaria; under the Romans it was part of the province of Syria and included the territories of Judah, Benjamin, Dan, Simeon, and part of Ephraim.Sources: the Bible text itself · Judea
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org