Matthew 24
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Axır zamanın əlamətləri
1İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. 2İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» 4İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 5Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. 6Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 7Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. 8Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. 10Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. 11Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. 12Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. 13Amma axıracan dözən xilas olacaq. 14Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.
15Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – 16Yəhudeyada olanlar dağlara qaçsın. 17Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 20Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. 21Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 22Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.
23O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. 24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 25Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. 27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28Leş haradadırsa, kərkəslər də orada toplaşar.
Bəşər Oğlunun zühuru
29Amma o günlərin əzab-əziyyətindən dərhal sonra
Günəş tutulacaq,
Ay nurunu saçmayacaq,
Ulduzlar göydən töküləcək,
Səma cisimləri lərzəyə gələcək.
30O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 31O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.
32Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 33Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 34Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 35Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Bilinməyən gün və saat
36Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 37Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. 38Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. 39Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. 40O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 41Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.
42Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. 43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. 44Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
45Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? 46Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 47Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 48Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, 49öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, 50o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, 51ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.

Did you know?
The fall of the temple and the coming of the Son of Man
- After leaving the temple, Jesus sat on the Mount of Olives, and the disciples came to him privately to ask when these things would happen and what would be the sign of his coming and of the end of the age. The Mount of Olives is a ridge east of Jerusalem, named for the olive trees that clothe its slopes, and it is separated from the city by the Kidron valley.Sources: the Bible text itself · Mount of Olives
- Jesus says that when they see standing in the holy place the abomination of desolation described by the prophet Daniel, those in Judea should flee to the mountains, not stopping to fetch anything from the house or the field. Under the Romans in the time of Christ, Judea was the southernmost of the three divisions of Palestine, distinct from Galilee and Samaria, and included the territories of the tribes of Judah, Benjamin, Dan, Simeon, and part of Ephraim.Sources: the Bible text itself · Judea
- Jesus compares the coming of the Son of Man to the days of Noah: before the flood, people were eating and drinking, marrying and giving in marriage, up to the day Noah entered the ark, and they were oblivious until the flood swept them all away. The chapter therefore urges its readers to keep watch, because they do not know the day on which their Lord will come.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Mount of Olives · 31.778, 35.246 · verse 3
- Holy Place · Today: on Mount Moriah · 31.778, 35.236 · verse 15
- Judea · Today: Judea 1 · 31.777, 35.234 · verse 16
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org