Matthew 22
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Toy ziyafəti məsəli
1İsa yenə onlara məsəllərlə xitab edərək dedi: 2«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. 3O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. 4Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” 5Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. 6O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. 7Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. 8Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. 9Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. 10Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.
11Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, 12ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. 13O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. 14Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
Hər kəsin öz haqqı
15O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. 16Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. 17İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 18Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? 19Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. 20İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» 21Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 22Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
Dirilmə haqqında sual
23Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 24«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. 25Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. 26İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. 27Hamısından sonra bu qadın da öldü. 28İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. 30Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 31Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». 33Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
Allahın ən böyük əmri
34Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. 35Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: 36«Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 37İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. 38Bu, böyük və əsas əmrdir. 39Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. 40Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
Məsih kimin Oğludur?
41Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu: 42«Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər. 43İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına salanadək
Sağımda otur›”
deyib. 45Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?» 46Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.

Did you know?
A Banquet and a Day of Questions
- The challenges in this chapter all fall on one day: Pharisees and Herodians ask whether it is lawful to pay taxes to Caesar, Sadducees who say there is no resurrection tell of seven brothers and one widow, and an expert in the law asks which commandment is greatest. A listing of the episode calls it Debates in the Temple and assigns it a length of one day; the narrative adds that from that day on no one dared to question Jesus further.Sources: the Bible text itself · Debates in the Temple
- Answering the Sadducees, Jesus cites the words “I am the God of Abraham, the God of Isaac, and the God of Jacob” and says that God is not the God of the dead but of the living. A Bible dictionary calls Abraham, son of Terah, father of a multitude; describes Isaac as the only son of Abraham by Sarah and the longest-lived of the three patriarchs; and identifies Jacob, also called Israel, as the younger of the twin sons of Isaac and Rebekah.Sources: the Bible text itself · Abraham · Isaac · Jacob (Israel)
- Asked whose son the Christ is, the Pharisees answer that he is David’s. A dictionary entry glosses David as Beloved and identifies him as the eighth and youngest son of Jesse, a citizen of Bethlehem. Jesus then asks how David, speaking in the Spirit, can call the Christ Lord, and no one is able to answer.Sources: the Bible text itself · David
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org