Nations Bible

Matthew 15

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

İnsanı murdar edən nədir?

1Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: 2«Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» 3İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? 4Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 5Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, 6onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. 7Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:

8“Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

9Boş yerə Mənə səcdə edirlər,

İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».

10İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. 11Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». 12O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». 13Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. 14Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».

15Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». 16İsa dedi: «Siz də hələ dərk etməmisiniz? 17Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? 18Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 19Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. 20İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».

Kənanlı qadının imanı

21İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. 22Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. 23İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. 24Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». 25Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». 26İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 27Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». 28O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.

İsa dörd min nəfəri doydurur

29İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. 30Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. 31Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.

32İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». 33Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» 34İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». 35Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. 36Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. 37Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 38Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. 39İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Tradition, the coast of Tyre, and bread by the lake

  • Pharisees and scribes came from Jerusalem and asked why Jesus’ disciples ate without washing their hands, treating that as a break with the tradition of the elders. He answered by quoting Isaiah, whom Easton's Bible Dictionary (1897) identifies as the son of Amoz and places in the reigns of Uzziah, Jotham, Ahaz, and Hezekiah, on people who honor God with their lips while their hearts are far away.Sources: the Bible text itself · Isaiah
  • Jesus then withdrew to the district of Tyre and Sidon, where a Canaanite woman begged him to heal her daughter and called him Son of David. Sidon, on the Mediterranean coast north of Tyre, took its name from Zidon, Canaan’s eldest son and ancestor of the Sidonians and Phoenicians. It was the oldest Phoenician city and the mother city of Tyre; it lay in Asher’s allotment but was never subdued.Sources: the Bible text itself · Sidon · Tyre · Canaan
  • Jesus then went along the Sea of Galilee, sat on a mountain, and healed people laid at his feet, before feeding four thousand men, besides women and children, with seven loaves and a few small fish. Easton's Bible Dictionary (1897) notes that John calls the lake the Sea of Tiberias and places its surface 682 feet below the Mediterranean. The same dictionary says the boat crossing ended at Magadan, a name found only in this chapter and called Dalmanutha in Mark, on the west shore of the lake.Sources: the Bible text itself · Sea of Galilee · Magadan

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verse 1
  • Galilee · 32.760, 35.527 · verse 21
  • Sidon · Today: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · verse 21
  • Tyre · 33.271, 35.196 · verse 21
  • Canaan · 32.767, 35.333 · verse 22
  • Sea of Galilee · 32.819, 35.590 · verse 29

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.