Nations Bible

Luke 6

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Şənbə günü haqqında təlim

1Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. 2Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» 3İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 4O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». 5Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».

Əli qurumuş adamın şəfası

6Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. 7İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. 8Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. 9Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» 10İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı. 11Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar.

On İki şagird

12O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. 13Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: 14Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, 15Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, 16Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot.

İsa xəstələrə şəfa verir

17İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam 18Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. 19Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.

İsanın Dağüstü vəzi

20İsa Öz şagirdlərinə nəzər salıb dedi:

«Nə bəxtiyarsınız, ey yoxsullar!

Çünki Allahın Padşahlığı sizindir.

21Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər!

Çünki doyacaqsınız.

Nə bəxtiyarsınız, ey indi ağlayanlar!

Çünki güləcəksiniz.

22Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! 23O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb.

24Amma vay halınıza, ey varlılar!

Çünki artıq təsəllinizi almısınız.

25Vay halınıza, ey indi tox olan sizlər!

Çünki aclıq çəkəcəksiniz.

Vay halınıza, ey indi gülənlər!

Çünki yas tutub ağlayacaqsınız.

26Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.

Düşmənlərinizi sevin

27Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, 28sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.

29Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. 30Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. 31İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.

32Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. 33Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. 34Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. 35Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. 36Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.

Mühakimə etməyin

37Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. 38Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

39İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? 40Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. 41Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 42Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.

Ağac və bəhrə

43Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. 44Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. 45Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.

Ağıllı bənna və ağılsız bənna

46Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? 47Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: 48o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. 49Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The Sabbath, the Twelve, and the Plain

  • On a Sabbath, as Jesus passed through the grainfields, his disciples picked heads of grain, rubbed them in their hands, and ate them, and some Pharisees called this unlawful. Jesus recalled that David and his hungry companions ate consecrated bread from the house of God, bread lawful only for the priests, and said that the Son of Man is Lord of the Sabbath. On another Sabbath he restored a man’s withered right hand in the synagogue while scribes and Pharisees watched for a reason to accuse him; a chronology dates both episodes to AD 28.Sources: the Bible text itself · Corn on the Sabbath · Healing a Withered Hand
  • After spending the night in prayer on the mountain, Jesus called his disciples and chose twelve, whom he designated apostles. Among them were Simon, whom he named Peter, and Peter’s brother Andrew, fishermen from Bethsaida on the western coast of the Sea of Galilee, and Matthew, a tax collector at Capernaum who had formerly been known as Levi.Sources: the Bible text itself · Simon Peter · Andrew · Matthew
  • Jesus came down with them and stood on a level place, where people from Judea, Jerusalem, and the sea coast of Tyre and Sidon had gathered to hear him and to be healed. Tyre and Sidon were ancient Phoenician cities on the Mediterranean; Sidon, the older city, lay about twenty-five miles north of Tyre. A chronology dates this teaching to AD 28 and titles it the Sermon on the Mount, though the narrative places Jesus on level ground after he came down from the mountain.Sources: the Bible text itself · Tyre · Sidon · Sermon on the Mount

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verse 17
  • Judea · Today: Judea 1 · 31.777, 35.234 · verse 17
  • Sidon · Today: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · verse 17
  • Tyre · 33.271, 35.196 · verse 17

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.