Luke 4
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
İsanın sınağa çəkilməsi
1İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. 2Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. 3İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». 4Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır».
5Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 6İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. 7Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». 8İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
9Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. 10Axı
“Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni qorusunlar,
11Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”
deyə yazılmışdır». 12Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».
13İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.
İsa xidmətinə başlayır
14İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. 15İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.
İsa Nazaretdə rədd edilir
16İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. 17Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:
18«Rəbbin Ruhu üzərimdədir,
Çünki fəqirlərə Müjdəni bildirmək üçün
O Məni məsh etdi.
Əsirlərə azadlıq,
Korlara gözlərinin açılmasını elan etmək üçün,
Məzlumları sərbəstliyə buraxmaq üçün,
19Rəbbin lütf ilini bəyan etmək üçün
Məni göndərdi».
20Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. 21İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.
22Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. 23İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». 24Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. 25Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. 26Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. 27Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».
28Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. 29Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. 30Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.
İsa Kefernahum sinaqoqunda cini qovur
31İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. 32Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. 33Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı: 34«Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» 35Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. 36Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» 37İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.
İsa çox adama şəfa verir
38İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. 39İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı.
40Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. 41Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər.
İsa vəzini davam etdirir
42Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. 43Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». 44Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi.
Did you know?
Temptation and the Beginning of Jesus' Ministry
- In the synagogue of Nazareth, his hometown, Jesus was handed the scroll of the prophet Isaiah. After unrolling it and reading the passage about preaching good news to the poor and proclaiming freedom to captives, he rolled it back up, returned it to the attendant, and sat down to teach.Sources: the Bible text itself · Isaiah · Nazareth
- To explain the lack of faith among his hometown listeners, Jesus cited how Elijah was sent to provide for a widow in Zarephath of Sidon rather than widows in Israel, and how Elisha cleansed Naaman the Syrian rather than Israelite lepers.Sources: the Bible text itself · Elijah · Elisha · Naaman
- Following his rejection and near execution on the brow of the hill at Nazareth, Jesus relocated his activity to Capernaum in Galilee, where he taught with authority on the Sabbath, exorcised demons, and healed Simon's mother-in-law of a severe fever.Sources: the Bible text itself · Capernaum · Galilee
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Jordan · Today: Jordan River · 31.761, 35.558 · verse 1
- Jerusalem · 31.777, 35.234 · verse 9
- Galilee · 32.760, 35.527 · verses 14, 31
- Nazareth · 32.702, 35.298 · verses 16, 34
- Sidon · Today: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · verse 26
- Zarephath · Today: Sarepta · 33.464, 35.295 · verse 26
- Judea · Today: Judea 1 · 31.777, 35.234 · verse 44
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org